“Sabah”a 2 qol vuran Girassidən açıqlama

“Sabah”a 2 qol vuran Girassidən açıqlama
ÇEMPİONLAR LİQASI 21 Oktyabr 2026 / 11:55 685
-  A +

Dortmund “Borussiya”sının hücumçusu Seru Girassi UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

QOL.az xəbər verir ki, görüşdə komandasının hər iki qolunu vuran futbolçu oyundan sonra UEFA-nın mətbuat xidmətinə bunları deyib:

“Matça çox yaxşı başladıq və yüksək səviyyəli oyun nümayiş etdirdik. Daha sonra tempimizi bir qədər aşağı saldıq. Daha sabit çıxış etməliyik. Mövsümün əvvəlindən özümü əla hiss edirəm. Bu gün iki qol vurdum, amma əvvəllər də dediyim kimi, buna təkbaşına nail olmaq mümkün deyil. Bu, bütün komandanın əməyinin nəticəsidir.

Eyni ruhda davam etməliyik. Bəzən çətin olur, amma biz yüksək səviyyəli komandayıq və qələbə qazanmaq üçün məhz belə oynamalıyıq”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
20.10.26  13:46

"Yuventus"da itki

topaz banner