“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi

“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
ÇEMPİONLAR LİQASI 21 Oktyabr 2026 / 22:06 853
-  A +

“Qalatasaray”ın futbolçusu Yunus Akgün Çempionlar Liqasının 3-cü turunda “Lill”lə səfər matçında komandasının turnir tarixində ən sürətli qolunu vurub.

QOL.az xəbər verir ki, Türkiyə millisinin üzvü qarşılaşmanın start fitindən cəmi 65 saniyə sonra rəqib qapısına yol tapıb.

Beləliklə, Akgün “Qalatasaray”ın Çempionlar Liqası tarixində ən erkən qolun müəllifi olub.

Xatırladaq ki, bu mövsüm bütün turnirlərdə 12-ci oyununa çıxan 25 yaşlı futbolçu 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Qeyd edək ki, matç hazırda davam edir və Türkiyə təmsilçisi 4:2 hesabı ilə qalib gəlir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner