Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər

Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2026 / 15:33 552
-  A +

Azərbaycanın U-16 milli komandası FİFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb.

QOL.az xəbər verir ki, məşqdən əvvəl A milli komandamızın baş məşqçisi Ayxan Abbasov gənc futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb.

“15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir”, – deyə Ayxan Abbasov bildirib.

Daha sonra o, yığmanın məşqini izləyib.

Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da “Crystal Hall”da Şərqi Timor yığmasına qarşı keçirəcək. Komandamızın qrup mərhələsindəki digər rəqibləri Andorra, Avstraliya, İsrail və Haiti yığmaları olacaq.
 

Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər

 
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
 
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
 

Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner