“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?

“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
ÇEMPİONLAR LİQASI 22 Oktyabr 2026 / 01:13 418
-  A +

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü tur başa çatıb.

QOL.az xəbər verir ki, 2-ci gündə də 9 oyun keçirilib.

İlk oyun günündə Azərbaycan çempionu “Sabah” Bakıda Dortmund “Borussiya”sına 1:2 hesabı ilə uduzub. 

Turun bütün matçlarından sonra komanda hazırda turnir cədvəlində 3 xalla xalla 25-cidir. 

Qeyd edək ki, Valdas Dambrauskasın kollektivi 1-ci turda "Mançester Yunayted"ə uduzub (0:4), 2-ci turda isə “Slaviya”nı məğlub edib (2:0).

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner