"Birmənalı olaraq demək olar ki, maraqlı oyun olacaq. Deyərdim ki, "Sabah" həm oyun, həm də keyfiyyət baxımından bir addım irəlidədir".
Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib.
Misli Premyer Liqasının 9-cu turunda keçiriləcək "Sabah" - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bölüşən Diniyev matçın çempionluq uğrunda əsas mübarizələrdən biri olduğunu bildirib:

"Qarabağ"ın bəzi futbolçuları hələ də komandaya uyğunlaşmayıb. Buna görə də onlar oyun baxımından tam formaya çatmayıb. Komanda hələ axtarışdadır. Amma bu, mərkəzi matç və 6 xallıq oyundur. Ona görə də hər iki komanda üçün çətin olacaq. Baxmayaraq ki, "Sabah" Çempionlar Liqasından sonra oynayacaq, 5 gün bərpa olunmaq üçün kifayət edər. Etiraf edək ki, indiki "Sabah" formada olan, "Qarabağ" isə tam formaya düşməyən bir komandadır. Amma belə oyunlarda qeyd etdiyim məqamlar ikinci planda qalır. Motivasiyaya da ehtiyac yoxdur.
Futbolçular hansı oyuna çıxacaqlarını bilirlər. Bu görüş çempionluq uğrunda ən vacib qarşılaşmalardan biridir. Hər iki komandaya uğurlar arzu edirəm. Düşünürəm ki, oyun gərgin keçəcək, intriqalar olacaq. Azarkeşlər bu oyunda çox şey görəcəklər. Ancaq çoxlu azarkeş olsa, oyunu daha maraqlı edər".
Xatırladaq ki, "Sabah" - "Qarabağ" matçı oktyabrın 25-də Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək. Hazırda "Sabah" 19 xalla lider, "Qarabağ" isə 17 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib.
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Mahir Emrelininin yeni baş məşqçisi məlum oldu
Yamal Mbappenin rekordunu təkrarladı
“Sabah”a 2 qol vuran Girassidən açıqlama
Flikdən məğlubiyyət şərhi
Qreqor Kobel "Sabah"la oyuna görə təəssüfləndi
PSJ-də Kvaratsxeliya şoku - 9 ay oynamaya bilər
Nəhənglərin duelindəki 6 qol - Video