1-ci Liqada yarışan "Şahdağ-Qusar"ın yarımmüdafiəçisi Mahrab Baxşalı 6-cı turun "Səbail"ə qarşı keçirilən mərkəzi matçından (1:0) sonra QOL.az saytına danışıb.
– "Xankəndi"yə məğlubiyyətdən sonra komandada ruh düşkünlüyü olmadı. Futbolçu yoldaşlarımın hər birinə təşəkkür edirəm. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Məşqçimizin verdiyi tapşırıqları yerinə yetirərək qələbə qazanacağımıza inanırdıq. Bunu bacardıq. Qələbə qazandığımız üçün sevinirəm.
– Növbəti oyununuz kubokda MOİK-ə qarşı olacaq. Həmin qarşılaşmalardan nə gözləyirsiniz?
– Bütün oyunlara eyni cür hazırlaşırıq. Hər matça qələbə üçün çıxırıq. Kubok oyunudur, amma bizim üçün fərqi yoxdur. Tam gücümüzlə hazırlaşıb qələbə qazanmaq üçün mübarizə aparacağıq.
– Komandanızın hədəfi nədir?
– Əlbəttə, hədəfimiz çempionluqdur. İnşallah, azarkeşlərimiz və klub rəhbərliyi ilə birlikdə bu məqsədimizə çatacağıq. Komanda daxilində də ab-hava yaxşıdır. İnanırıq ki, çempion olacağıq.
– Yəqin ki, "Səbail"lə oyunda azarkeşlərin dəstəyini həm meydanda, həm də ehtiyat skamyasında hiss etmək olurdu. Onlara nə demək istərdiniz?
– Bütün oyunlarda bizə dəstək olsunlar, yanımızda olsunlar. İnşallah, kuboku qazanaraq onların başını uca edəcəyik.
Sevil Heydərova
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Mahir Emrelininin yeni baş məşqçisi məlum oldu
Yamal Mbappenin rekordunu təkrarladı
“Sabah”a 2 qol vuran Girassidən açıqlama
Flikdən məğlubiyyət şərhi
Qreqor Kobel "Sabah"la oyuna görə təəssüfləndi
PSJ-də Kvaratsxeliya şoku - 9 ay oynamaya bilər
Nəhənglərin duelindəki 6 qol - Video