PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qırılmasından sonra sosial şəbəkə hesabında paylaşım edib.
QOL.az xəbər verir ki, futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Barselona” ilə keçirilən oyunda (4:2) zədələnib.
Kvaratsxeliya paylaşımında yaşadığı məyusluğu ifadə edib və qarşıdakı çətin bərpa prosesinə hazır olduğunu bildirib:
“Bəziləri belə düşünürdü ki, dünyadakı bütün futbolçular dua etsəydilər, hər oyun heç-heçə ilə başa çatardı. Bəlkə də, elədir. Amma mən hər oyundan əvvəl meydanı sağlam tərk etmək üçün Allaha dua edirdim. Təəssüf ki, bu dəfə dualarım qəbul olmadı.
Bir sual hələ də beynimdən çıxmır: niyə məhz mən? Mən heç vaxt özümə yazığım gəlməyib. Əksinə, bu oyuna, yəqin ki, digərlərindən daha yaxşı hazırlaşmışdım. Mənə elə gəlirdi ki, hər şeyə hazıram, amma belə bir vəziyyətə yox.
Bununla belə, başa düşürəm ki, Allah məni seçib. Əgər bunun sayəsində meydandakı digər futbolçular zədələnməyiblərsə, qarşıdakı aylar ərzində məni gözləyən ağır zəhmətə, ağrıya və göz yaşlarına dözməyə hazıram.
Bilirəm ki, hər zaman yanımda olan insanlar naminə daha güclü qayıtmalıyam. Sizi məyus etməyəcəyəm, əlimdən gələni edəcəyimə söz verirəm. Dəstəyinizə görə hər kəsə təşəkkür edirəm. Tezliklə görüşənədək”.
Qeyd edək ki, PSJ-nin yaydığı məlumata əsasən, 25 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq. Onun 9 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu