Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Neftçi"nin prezidentindən ittihamlar - "Ədalətli hakimlik olsaydı..."

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
"Neftçi" "Qəbələ"yə uduzdu
"Zirə" qalib gəldi, "Kəpəz" yenə uduzdu
"Bizdə qalmaq şansı cəmi 1 faizdir" – Tərlan Əhmədov
“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı
Şahin Diniyev oğlunun taleyindən danışdı
Linklər
525ci Qəzet

Off bə! Ürəyimi boşaltdım!
A A A

[18.07.2016]
Off bə! Ürəyimi boşaltdım!

«Simurq» getdi fələyin badına, ölkəmizin ən qədim və ən gözəl futbol məktəblərindən biri olan Tovuzun «Turan»ı day yoxdu. Vaxtı ilə SSRİ çempionatının II divizonunda oynayan Mingəçevirin «Toxucu» komandası indi heç toxuculuqla da məşğul olmur! «Şəmkir» qırx arşın quyunun, Masallının «Viləş»i iyirmi arşın quyunun dibində. İmişlinin «MTK»-sı da sonradan elə MTK işləri ilə məşğul olmağa başladı. «Neftçala» maliyyə baxımından qaldı çöldə.

Vaxtı ilə «Avtomobilçi», «Yunçu» adı ilə futbolumuza imza atmış Yevlax! Güclü bir komanda yaratmışdı: «Karvan». Səhv etmirəmsə, 2006-cı ildə gümüş medal qazanmışdılar. Həmin il UEFA kubokunda moldovanları sıradışı eləyib mərhələ adlamışdılar. Hanı indi? «Karvan» da qoşuldu yuxarıda adlarını sadaladıqlarımın karvanına!

Qubanın uşaq futbolu («Dəri top» yarışları da Qubada keçirilərdi) SSRİ-də meydan oxuyardı. İndi o uşaqların meydan suladığı meydanlarda villalar tikilib, sağlıqlarına qismət!

«Xəzər-Lənkəran»! Cənub bölgəsinin çırpınan ürəyi. Bəşir Səfəroğlu demiş, day çırpınmır!

Əhməd Ələsgərovun «Araz»ı. 500 minə yaxın əhalisi olan Naxçıvanı futbolsuz qoydular.

Yeri gəlmişkən. Ermənilər 40 minlik Xankəndinin «Karabağ-Stepanakert» komandasını Avroliqaya çıxarmaq üçün UEFA-ya milyonlarla rüşvət vermişdilər. AFFA, daha dəqiq desək, Fuad Musayev Azərbaycan iqtidarının köməyi ilə qarşısını aldı.

Hələ yazmaq olar, amma bəsdi, həm özüm yoruldum, həm də sizi yordum.

Belə bir durumda Azərbaycan futbolunu necə inkişaf etdirmək olar?! Azərbaycan təkcə Bakıdan ibarət deyil axı! Buyurun, fikirlərinizi yazın, inkişaf yollarını göstərin – «Ədalət»in səhifələri üzünüzə açıqdır.
Gələk mətləbə. Ölkə çempionatında cəmi iki bölgəmiz təmsil olunur. sevindirici haldır ki, hər ikisi Azərbaycanı Avroliqada təmsil edir. Və hər ikisi də bir mərhələni adlayıb, inanıram ki, ikinci mərhələni də adlayacaqlar. Qurban da demişəm, birini İmamzadədə, birini də Qəbələdə kəsdirəcəm!

Çox təəssüf ki, hər iki komanda Avroliqanın ev oyunlarını Bakıda oynayır. Niyə, qardaşım?! Yel əsib bütün qozlar Bakıya tökülüb?
Niyə avropalı futbolçular, onların azarkeşləri, onlarla gələn jurnalistlər gedib qədim, həm də bu gün heç də Avropa şəhərlərindən geri qalmayan, Avropa Gənclər Paytaxtı və ən başlıcası, müqəddəs Nizami yurdunu görməsinlər?! Nizami məqbərəsini ziyarət etməsinlər?! «Kəpəz» sevənlər də həm Bakıdan, həm də ətraf rayonlardan Gəncəyə axışıb bir futbol bayramı, futbol sevinci yaşamasınlar?!

Qəbələ! Kiçik bir zaman kəsiyində, təxminən 15-20 ilin içində kiçik bir qəsəbə Avropanın kurort şəhərləri ilə döşləşən bir kurort şəhərinə çevrilib, özü də həm yayı, həm qışı. Qəbələ bölgəsi də İsveçrədən geri qalmır. Burda Avropa miqyasllı mühüm tədbirlər keçirilir, hətta ölkə prezidentləri görüşlərini Qəbələyə salır.

Qəbələlilərin xətrinə dəyməsin, əvvəllər burda futbol olmayıb. Amma son 15-20 ildə həm qəbələsevərlər, həm də qəbələlilər sıfırdan futbol yaratdılar, vaxtı ilə futbolu ilə öyünən bölgələri də arxada qoydular. İndi «Qəbələ» həm ölkə çempionatında, həm də Avroliqada dör-dör döyüşür.
Burda elə bir futbol məktəbi yaradıblar ki, hətta Bakı komandaları da həsəd aparır. Bilirəm, kimlərsə bunu maddiyyata bağlayacaqlar.

Mən dəfələrlə mətbuatda, televiziya kanallarında demişəm və yenə təkrar edirəm: «Ağdamı işğaldan azad etdikdən sonra şəhəri əvvəlkindən də gözəl tikəcəyik . Çünki hər daşının altına sevgimizi, sevincimizi, məhəbbətimizi qoyub ucaldacayıq şəhəri. Bu sevgimizlə, məhəbbətimizlə birgə göyərəcək Ağdam! Olsun Şuşa, olsun Kəlbəcər, Laçın, Füzuli…»

Ağdamın işğalından sonra «Qarabağ» çöldə qalmışdı. Komanda nəinki oyunlara getməyə, bəzən yeməyə də çörəkpulu tapmırdı. Özləri evsiz-eşiksiz, işsiz, çörəkpulusuz qalmış ağdamlılar amma komandalarını yalnız buraxmadılar. Ayda heç olmasa yüzcə dollar maaş ala bilməyən futbolçular Ağdam adının şərəfinə oynayırdılar. Bu ac-susuz komanda həmin vaxtlar Azərbaycan çempionu da oldu, ölkə kubokunu da aldı, Avroliqalarda da Azərbaycanı ləyaqətlə təmsil elədilər. Yəni onu demək istəyirəm ki, hər şey maddiyyatla ölçülmür. Elə şeylər var ki, maddiyyatdan çox yüksəkdir. Qəbələdə də dəfələrlə o sevgi, o sevinci görmüşəm. Avropa standartlarına uyğun gözəl də stadionu var. Düzdür, tutumca bir qədər kiçikdir, ürək ki böyükdür.

Niyə «Qəbələ» də ev oyunlarını öz doğma şəhərində, öz doğma stadionunda, öz doğma azarkeşlərinin alqışları altında keçirməsin?! Bakıdan da, ətraf rayonlardan da gəlib Qəbələdə bayram eləsinlər.
Niyə qəbələlilər, eləcə də gəncəlilər komandalarına arxa durmaq üçün durub Bakıya gəlməlidir? Bunun qocası var, uşağı var, həm də buna hamının imkanı da yoxdu axı! Bir də ki Bakı ürəyimiz, paytaxtımız olsa da, hər kəsin öz doğma torpağı var və doğma torpaq daha güclü olur.

AFFA bu barədə fikirləşsə yaxşı olar! Bu təkcə mənim arzum, istəyim deyil, gəncəlilərin, qəbələlilərin, eləcə də bütün futbolsevərlərin arzu, istəyidir!

Off bə! Ürəyimi bir balaca boşaltdım!

Aqil ABBAS
"Ədalət" qəzeti

12135 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
01.11.2017  16:18 Madriddə aprel döyüşləri
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar
 
 
  20.11.17
22:53
  “Çelsi” Bakı Olimpiya Stadionundan imtina etdi – Kontedən gözlənilməz addım
22:15
  Səfərdə 200-cü qol, Dabo 7-ci, Bezotosnı 4-cü oldu
21:26
  UEFA 21-ci əsrin rəmzi komandasını elan etdi
21:00
  "Çelsi" Bakıya uçdu - Şəkillər
20:18
  "Neftçi"nin prezidentindən ittihamlar - "Ədalətli hakimlik olsaydı..."
20:11
  İlham Əliyev: "Millinin daha çox uğur qazanacağına ümid edirik" - Yenilənib
19:54
  Arda qərarını verdi - "Barsa"dan gedir
19:20
  "Qrizmannın yanındayam" - Simeone
18:49
  "Mançester Siti"də ciddi itki
18:12
  Onuncu turun hakimləri - birinci divizion
17:50
  "Qəbələ" "Neftçi"yə qalib gəldi - əvəzedicilərin çempionatı
17:45
  Superliqa klubu baş məşqçisi ilə yolları ayırdı
17:22
  “Standart vəziyyətlər zamanı bərbad oynadıq” – Stankoviç
16:55
  "Qarabağ"ın oyununa görə metroda gücləndirilmiş iş rejimi
16:30
  İtaliyada gözlənilən istefa – rəsmi
16:00
  “Çelsi”yə məğlubiyyətə görə qovuldu
15:42
  Yığmamız Albaniyaya qalib gəldi
15:21
  “Qarabağ” Çelsi”yə qarşı müdafiə futbolu oynamamalıdır” – Artim Şakiri
15:06
  Ramos APOEL-lə oyunu buraxacaq
14:55
  Günün canlı oyunları - Etopaz-da
14:40
  "Etimadı doğrultmağa çalışacağam” - Yunis Hüseynov
14:17
  "Qarabağ" - "Çelsi": hakimlər müəyyənləşdi
14:01
  UEFA 6 klubumuza pul ayırdı
13:32
  Bu çempionat hara gedir?
13:12
  Yunis Hüseynov rəsmən “Kəpəz”də
13:05
  “Qarabağ”la oyunda bizə qələbə lazımdır” – Qari Keyhill
12:32
  Riçard Almeyda 100-cü qolu vurub
12:20
  Birinci divizionda oyunların vaxtı açıqlandı
11:57
  “Qarabağ”a qalib gəlmək asan olmayacaq” – Kontedən yeni açıqlama
11:42
  FİFA prezidenti Bakıya gəlir
11:25
  “Səhvlər təkcə bizdə yox, hakimdə də oldu” – “Neftçi”nin futbolçusu
11:10
  "Qəbələ" idmançılarından 11 medal
10:40
  "Fənərbaxça"dan böyükhesablı qələbə - Video
10:10
  Yığmamız Gürcüstana qalib gəldi
09:45
  Millimizin sabiq üzvü Almaniyada dubl etdi
02:17
  Araz Abdullayev 63 dəqiqə oynadı
02:00
  “A” seriyasında 5000 qol vuran ilk klub
01:38
  “Şalke”dən qələbə - Video
01:16
  “İnanıram ki, Koutinyo PSJ-yə keçəcək”
00:59
  “Yuventus” uduzdu - Video
00:41
  İtaliya futbolunda rəhbər dəyişikliyi
00:23
  “Top məndən çıxmışdı” - Ruslandan etiraf
00:00
  "Neftçi" - "Qəbələ" - Şəkillər
  19.11.17
22:03
  “Üstlərinə qışqırıram, iradımı bildirirəm” – Rəşad Sadiqov
21:37
  “Qəbələ”nin qələbə qolunun müəllifi danışdı
21:27
  "Neftçi" - "Qəbələ": qol şousu - Video
19:52
  "Bizdə qalmaq şansı cəmi 1 faizdir" – Tərlan Əhmədov
19:38
  “Neftçi” layiq olduğu yerdə deyil” – Qriqorçuk
18:53
  "Neftçi" "Qəbələ"yə uduzdu
17:29
  Dabo bombardirlər siyahısında lider oldu – Topaz Premyer Liqa
17:12
  "Kəpəz" yeni baş məşqçinin adını nə vaxt açıqlayacaq?
16:14
  Əhmədov və Qriqorçuk heyəti açıqladı
15:00
  Anri milli komandaya baş məşqçi gətirilir?
14:24
  Şahin Diniyev oğlunun taleyindən danışdı
13:03
  "Neftçi" - "Qəbələ": 41-ci duel
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore