AZAL-ın yarımmüdafiəçisi Murad Səttarlı Azərbaycanın A milli komandasına dəvət alması ilə bağlı Qol.az saytına müsahibə verib.
- Milli komandamızın baş məşqçisi Robert Prosineçki təlim-məşq toplanışı və Qazaxıstanla yoldaşlıq oyunu üçün sənə də dəvət göndərdi. Bu barədə fikirlərini bilmək istərdik.
- Milliyə dəvət aldığım üçün çox şadam. Hər bir futbolçu əsas milli komandada oynamaq istəyir. Qarşıma məqsəd qoymuşdum ki, Robert Prosineçkinin diqqətini cəlb edib. Son vaxtlar öz üzərimdə çox işləyirdim.
- Adətən futbolçu formada olanda millidə oynamağa can atır. Prosineçkinin dəvətini gözləyirdinmi?
- Açığı, təklif gəlməsə də təəccüblənməzdim. Ancaq son vaxtlar eşidirdim ki, məşqçilər məni izləyir, tez-tez oyunumuza gəlirlər. Mən də bundan istifadə etdim. Şükürlər olsun ki, oyunumla Prosineçkinin diqqətini cəlb edə bildim.
- İndiyədək milliyə dəvət almışdın?
- “Simurq”da çıxış etdiyim zaman Berti Foqts məni bir dəfə seleksiya xarakterli toplanışa dəvət etsə də, əsas heyətə daxil etməmişdi. O zaman millimiz üç günlük təlim-məşq toplanışı keçdi. Ancaq meydana çıxmaq mənə qismət olmadı.
- Deməli, indi özünü göstərmək üçün əlinə yaxşı fürsət düşüb.
- Əlbəttə, Qazaxıstanla oyunu səbirsizliklə gözləyirəm. Baş məşqçimiz şans versə, çalışacam ki, onun etimadını doğruldum və milliyə daim dəvət alım.
- Prosineçki özünü yaxşı tərəfdən göstərən futbolçulara şans verir. Bundan sonrası futbolçulardan asılıdır.
- Düzdür, hər bir futbolçuya şans verməyə çalışır. Bundan əvvəl Ağabala Ramazanov və Rəşad Eyyubova şans vermişdi. Ağabala özünü yaxşı tərəfdə göstərdi. Rəşad Eyyubov da pis deyildi. İnanıram ki, mən də özümü sübut edə biləcəm.
- Yerli futbolçularımız millidə sözünü desə, milliləşdirilmiş legionerlərə ehtiyac olmaz. Razısan?
- Bu məsələyə qarışmaq istəməzdim. Ancaq fikrimcə, çempionatımızda çıxış edən yerli futbolçular milliləşdirilmiş legionerlərdən zəif deyillər.
- Xeyli müddətdir ki, AZAL-dan milli komandamıza futbolçu çağırılmırdı.
- Bəli, artıq heyətimizdə bir neçə futbolçu milliyə dəvət almağa layiqdir. Rail Məlikov hazırda çox yaxşı formadadır. Düzü, onun milliyə çağırılacağını gözləyirdim. Özləri bilər. Bundan başqa Emin Cəfərquliyev və İlqar Ələkbərov da milliyə dəvət ala bilər.
- Millimizin yarımmüdafiə xəttində rəqabət güclüdür. Sənin üçün çətin olmayacaq ki?
- Bəli, heyətimizə baxanda yarımmüdafiə xəttində xeyli güclü futbolçuların olduğunu görürük. Bilirəm ki, çox çətin olacaq. Ancaq onların hər biri ilə rəqabət aparmağa hazıram.
- Məlum çətinliklərə baxmayaraq, AZAL bu mövsüm daha inamlı oyun nümayiş etdirir. Komandada Avroliqa həvəsi var?
- Avropkuboklara can atırıq. Tərlan Əhmədov uşaqlara çox yaxşı motivasiya verir, hərtərəfli kömək edir. Ona görə də hamımız çalışırıq ki, həm özümüzü göstərək, həm də komandaya uğur qazandıraq. Düzdür, bəzən oyunumuz alınmır, ancaq heç bir komandadan çəkinmirik. Əsas odur ki, istək var.
- Topaz Premyer Liqanın növbəti turunda “Zirə” ilə qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən?
- “Zirə” son vaxtlar mükəmməl oyun sərgiləyir. Kubokda “Qəbələ”yə uduzduqları oyunlarda heyətlərində dəyişiklik olmuşdu. Gördüyünüz kimi, çempionat oyununda “Qəbələ”ni məğlub etdilər. Bildiyimə görə, rəqibimiz hələ ki, öz meydanında uduzmayıb. Onların bu uğurlu seriyasını qırmağa çalışacağıq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi