Futbol meneceri Erkin İbrahimovun Qol.az saytına müsahibəsi
- Latviyanın "Dauqavpils" klubuna icarəyə verilən “Neftçi”nin futbolçuları Orxan Qurbanlı və Mirabdulla Abbasov yeni komandalarında debüt etdilər. Sizin vasitəçiliyinizlə baş tutan bu transfer gənc futbolçular üçün nə kimi perspektiv vəd edir?
- Baltikyanı ölkələr Azərbaycan futbolçuları üçün olduqca maraqlı bir variant sayıla bilər. Düzdü, Latviya çempionatı o qədər da güclü deyil. Lakin Avropa klubları üçün Latviya çempionatı Azərbaycandan daha maraqlı sayılır. Çünki yerli futbolçular Avropada legioner sayılmır. Dəfələrlə Latviyada çempionatın oyunlarında olmuşam. Hər dəfə də Rusiya və Avropadan menecer, klub nümayəndələrinə rast gəlmişəm. Dauqavpilsdə özüm da olmuşam. Latviyanın ikinci böyük şəhəridi. Bu şəhər bir çox tanınmış idmançı yetişdirib. Klub maliyyə baxımdan zəngin olmasa da, futbol oynamaq üçün hər cür şəraitləri var. Misal üçün hər məşqdən sonra Orxan və Mirabdulla qalıb fərdi çalışırlar. Azərbaycanda hansı klubda belə bir imkan var?
- Bu, Baltikyanı ölkələrlə ilk işbirliyinizdi?
- Xeyr, iki il əvvəl “Qaradağ Lökbatan” klubunda çıxış edən Murad İsgəndərlini “Skonto”ya aparmışdım. Müqavilə da bağlandı, sadəcə, bəzi sənəd problemlərinə görə Murad çempionatda çıxış edə bilmədi.
- Avropaya gedə biləcək futbolçular yenə varmı?
- Ümümiyyətlə, futbolçularımızı Avropaya aparmaq çox vacibdir. Əgər “AVRO-2020”də təmsil olunmaq istəyiriksə, Dağıstandan, Almaniyadan heç kimə lazım olmayan futbolçuların millimizə gətirilməsinin qarşısını almalıyıq. Bu barədə AFFA-ya çoxdandı öz layihəmi vermişəm. Təəssüflər olsun ki, AFFA Lippert kimi boşboğazlara maaş verməyə pul tapır, klub direktorları kimi faydasız bir ideya üçün büdcə ayırır. Lakin Azərbaycan futbolu üçün real faydalı ola biləcək bir işə çatanda dəstək vermirlər. Bu proses kompleks şəkildə həyata keçirilməlidir. Təkcə Baltikyanı ölkələrə deyil, Şərqi Avropaya da futbolçularımızı göndərmək lazımdır. Bu mənada Samir Məsimovun Sloveniyaya transferini dəstəkləyirəm. AFFA nə edir? Perspektivli futbolçularımızı “məhv etməklə” məşğuldurlar. Ruslan Qurbanovu “Hayduk”a apardılar. Splitdə hər il 2-3 ulduz futbolçu yetişir, azərbaycanlı futbolçu orada nə edə bilər ki? Emil Balayev hardadı? Sırf öz reklamları ücün o cür qapıçını bədbəxt etdilər. Qara Qarayevi “Malaqa”ya apardılar. O isə artıq çəki ilə qayıdıb. Çünki onlara lazım deyildi.
- Orxanla Mirabdulla da qeyd etdiyiniz futbolçuların aqibətini yaşamayacaq ki?
- Hələ onları Latviyaya aparanda çoxları ağız büzürdü ki, Latviya nədi, ora zəif çempionatdır. Güclü çempionatlara gedənləri də gördük. Nədənsə, biz həmişə binanı damdan tikmək istəyirik. Bu gün gənc futbolçularımız bu cür tranzit liqalar tramplin rolunu oynamalıdır. Mxitaryan Ermənistan çempionatından birbaşa “Borussiya”ya və ya “Şaxtyor”a gedə bilərdi? Heç vaxt!
AFFA-da o qədər adam boş-boşuna pullar alır. Başa düşməlidilər ki, gələcəyin güclü yığmasını indidən formalaşdırmaq lazımdır. İndidən 18-21 yaşda olan futbolçulara şərait yaratmaq lazımdır ki, Latviya, Litva, Slovakiya, Macaristan, Finlandiya kimi ölkələrə gedib, həm futbolçu kimi artırsınlar, həm də şəxsiyyət kimi tam formalaşsınlar. Bu halda 2018-ci ildə yığmaya bir neçə güclü namizəd görə bilərik. İnanın, maliyyə imkanım olsaydı, bu işlə təkbaşına məşğul olardım. AFFA-ya bir neçə dəfə müraciət etmişəm. Düzdü, bir az kömək etdilər, lakin əslində bu proseslə daha qlobal şəkildə məşğul ola bilərdilər.
İnanın, Azərbaycanda perspektiv futbolçu çoxdur. Orxanla Mirabdullaya da çox güvənirəm. Öz üzərində işləyir, irəli getmək istəyirlər. Borcumuzdu ki, onlar kimi gənclərə kömək edək. Futboldan başqa, bu gənclər xaricdə Azərbaycanı təmsil edirlər, ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsində iştirak edirlər.
- Bu futbolçuları "Dauqavpils"ə "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin göndərdiyi deyilirdi.
-Bu barədə mən də mətbuatdan oxudum. Lakin həmin an reaksiya vermədim. Bəli, Çingiz Abdullayevin bu transferdə rolu olub. O mənada ki, “Neftçi”nin Müşahidə Şurasının sədridir, klubda son sözü o deyir. Ümümiyyətlə, “Neftçi”nin bu işə yanaşması məni sevindirdi. Hətta yol puluna kimi öz boyunlarına götürdülər, yetirmələrinin Latviyaya getməsi üçün hər cür kömək etdilər. Düzdür, onlarda da əvvəllər şübhələr var idi. Düşünürdülər ki, Latviya çempionatı güclü deyil. Lakin ətraflı izahımdan sonra razılaşdılar. Futbolçular “Neftçi”yə məxsusdur və iyunun 15-də doğma klublarına qayıdacaqlar.
Ramiq AĞAMƏMMƏDOV
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə
“Qalatasaray” istəyinə ikinci hissədə çatdı - Video
Rüfət oynadı, komandası “Hayduk”a qalib gəldi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Mbappe və Ardanın qolları qələbə gətirdi - Video
Cəlalın komandasından böyükhesablı məğlubiyyət
I Liqada ilk tura yekun vuruldu
"Yuventus" - "İnter" matçında 7 qol vuruldu - Video
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi