Bu gün üçüncü dəfə AFFA-nın prezidenti seçilən Rövnəq Abdullayev hesabat-seçki konfransından sonra mətbuat konfransı keçirib.
Qol.Az-ın xəbərinə görə, o, bildirib ki, qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasında mühüm qərarlar qəbul olunub.
- İlk öncə AFFA-da Media Komitəsi yaradılması ilə bağlı qərar təsdiqləndi. Bu komitə jurnalistlərdən ibarət olacaq və böyük işlər görüləcək. Bundan başqa yeni komitələr təsdiq olundu. AFFA vitse-prezident vəzifəsində dəyişiklik olmadı, baş katib Elxan Məmmədovun müqaviləsinin müddəti də artırıldı.
- Bayaq konfransda qeyd olundu ki, bölgələrdə futbola böyük maraq var. Növbəti mövsümdə bölgə klubları Premyer Liqaya cəlb olunacaqmı?
- Biz bölgə futboluna böyük dəstək veririk. Gördüyümüz işlərin nəticəsi var. Bölgə klublarının Premyer Liqaya cəlb olunmasına çalışacağıq.
- Yeni seçilən İcraiyyə Komitəsinin bəzi üzvləri mətbuatla sıx əlaqədə olmurlar.
- Hamı mətbuata açıq olmalıdır. Kimin mətbuata nə qədər açıq olması onun xasiyyətindən asılıdı. İlk növbədə xarici işlər naziri Elmar Məmmədyarova bizim təklifimizi qəbul etdiyinə görə təşəkkür edirəm. Qurban Qurbanov da futbolumuza böyük xeyir verib. Düşünürəm ki, onların mətbuata daha yaxın olması məhz sizin özünüzdən asılıdır.
- Elmar Məmmədyarovun İcraiyyə Komitəsinə gətirilməs futbolumuza nə qədər xeyir verəcək?
- Bayaq dediyim kimi, Məmmədyarov özü İcraiyyə Komitəsinə gəlmək istədi. İnanıram ki, onun gəlişi bizə daha da xeyir verəcək.
- Onun İcraiyyə Komitəsinə seçilməsindən sonra futbolumuzun siyasiləşdiyini düşünmürsünüz?
-Deməzdim ki, belədir. Futbol siyasətdən kənardır.
-Məlum olduğu kimi, AFFA prezidentliyə seçkiyə tək getdiniz, rəqibiniz olmadı. Maraqlıdı, kiminlə mübarizə sizin üçün daha həyəcanlı olardı?
- Mən heç vaxt rəqabətdən çəkinməmişəm. Kimsə namizədliyini irəli sürməyibsə, deməli, bu zülümü öz boynuna götürmək istəməyib.
- Premyer Liqada rəqabətin azalması fikri ilə razısınızmı?
- Bu, bir az hiss olunur. Bilirsiniz ki, klublarda sponsor problemləri var. Avropanın əksər ölkələrində də klublar arasında müəyyən qədər fərq var. İspaniyada və istənilən aparıcı ölkə çempionatlarda vəziyyət belədir. Çempionatın səviyyəsinin qalxması azarkeşlərimizdən asılıdır. Azarkeşləri televizor qarşısından ayırıb stadionlara gətirmək lazımdır. Azarkeşsiz stadionda futbolçular da həvəssiz oynayır. Son illərdə “Kəpəz” azarkeşləri ilə çempionata rəng qatıb. Azarkeş dəstəyinə görə, “Kəpəz” lider komandalar qarşısında istənilən oyunu sərgiləyə bilir.
- May ayında U-17 Milli komandamız Avropa çempionatının final mərhələsində oynayacaq. Onlardan nə gözləmək olar?
- Avropa çempionatı bizim üçün böyük bir təcrübə olacaq. Biz çalışacağıq ki, bu çempionatı yüksək səviyyədə keçirək. AFFA-ya dövlət tərəfindən də maliyyə yardımı göstərildi ki, Avropa çempionatı adımıza layiq keçirilsin. Aprelin 8-də Bakı Olimpiya Stadionunda püşkatma olacaq. İlk oyunu biz oynayacağıq. Rəqibimizin də kim olduğunu püşkatmada biləcəyik. Çalışacağıq çempionatda yaxşı nətcə əldə edək.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı