“Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin Qol.az saytına müsahibəsi
- Azərbaycan kubokunun 1/4 finalının “Sumqayıt”la cavab oyununda 4 qolla qalib gəlib yarımfinala yüksəldiniz. Qələbə asan görünsə də, çoxlu səhviniz oldu.
- Çempionat sıx qrafiklə keçirilir. Ona görə də komandamızda yorğunluq var idi. Ancaq ilk 10 dəqiqədə iki qol vurmağı bacardıq. Bununla da üstünlüyü ələ aldıq. Təbii ki, səfər qarşılaşması asan olmadı. Yarımfinala yüksəldiyimiz üçün xoşbəxtik. Bu, adi nəticə deyil. Əslində bütün oyunlar qıraqdan asan görünür. Bəli, istədiyimiz oyunu sərgiləyə bilmədik. Sadəcə, əlimizə düşən qol imkanlarından yararlandıq. “Sumqayıt” bütün rəqiblərə çətin anlar yaşadır. Bu komanda ilə heç bir oyun asan olmur.
- Dubla imza atdın. Çempionatda da qollar vurursan. Əvvəlki formanı bərpa etdiyini demək olar?
- Tədricən formamı yığıram. Mənim də məqsədim budur. Əvvəlki formamı ancaq yaxşı çalışmaqla bərpa edə bilərəm. Məşqlərdə və oyunlarda tam gücümü ortaya qoyuram. Özümdə artım hiss edirəm. Qollar vuraraq formamı yığacam. Qol vurmaq mənim üçün önəmlidir. Təbii ki, bundan daha vacib komandanın qələbəsidir. Hər şey getdikcə daha yaxşı olacaq.
- Deyəsən, hücum xəttində Armenterosla yaxşı anlaşırsan.
- Heyətlə bağlı ilk gündən heç bir problemim olmayıb. Çünki “Qarabağ”da üç ildən artıq oynadıqdan sonra “Əskişəhərspor”a getmişdim. Qurban müəllim hər zaman komandanı düzgün qurur. Onu da qeyd etməliyəm ki, “Qarabağ”ın bütün futbolçuları özlərini sübut edib və start heyətdə meydana çıxmağa hazırdır. Mənim burada olmadığım vaxtda da “Qarabağ” yaxşı nəticələr qazandı. Oyunçular dəyişsə də, sistem eynidir. Baş məşqçimizin istəyini bilirik və onu yerinə yetirməyə çalışırıq.
- Türkiyədə olduğun 6 ay ərzində klublarımızda xeyli dəyişiklik oldu. Rəqiblərinizdə zəifləmə hiss edirsən?
- Hiss etmirəm. Onsuz da bütün rəqiblər bizə qarşı tam fərqli oynayırlar. Hər görüşdə çox güc sərf edirik. Bəlkə də buna görə mənə elə gəlir. Çempion olmaq asan deyil. Getdikcə oyunlar çətinləşir, asanlaşmır.
- “Zirə”, “Qəbələ”, “İnter” və “Neftçi” kimi rəqiblər “Qarabağ”a çətinlik yarada bilir?
- Qeyd etdiyiniz rəqiblərin hər biri bu günə qədər yaxşı mübarizə aparıb. Məncə, onlar hər biri çempionluğa layiqdir. Biz bu mövsüm “Neftçi”yə uduzmuşuq, “Zirə” və “Qəbələ” ilə heç-heçə etmişik. Yəni biz asanlıqla ilk pillədə qərarlaşmamışıq.
- Kubokun yarımfinal mərhələsində “İnter”lə qarşılaşacaqsınız. Finala çıxmaq şansınız nə qədərdi?
- “Qarabağ” hər zaman qarşısına ən böyük hədəfləri qoyur. Təbii ki, bu il də ötən mövsümdə olduğu kimi hər iki titulu qazanmaq istəyirik. “İnter”ə gəldikdə isə bu komanda haqda ancaq xoş sözlər demək olar. Bizə qarşı hər zaman çox yaxşı oynayırlar. “İnter”lə son çempionat oyununda məğlubiyyətdən çətinliklə qaça bildik. Kubokda yarımfinala qədər gələn komandanın məqsədi hamıya məlumdur. Təbii ki, kuboku bizim kimi “İnter” də qazanmaq istəyir. Çox çətin olacaq, ancaq finala çıxacağımıza inanıram.
Ramiq AĞAMƏMMƏDOV
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı
“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”
“Ronaldo əsas heyətdə oynamamalıdır”
“Liverpul” “Real”ın hücumçusuna göz dikdi
Ayxan Abbasov Türkiyədə oyunu tribunadan izlədi - Şəkil
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi
“Qəbələ” - “Şəfa”: Heyətlər
Kapitan olsa da, sarğı taxa bilməyəcək
"Arsenal"a qələbə üçün gəlmişəm"
Zlatan İbrahimoviç: “İndiki Zlatan başqadır”
“Liverpul” futbolçusunu icarəyə verdi
“Sabah”ın məşqçisi “Sabah”ın Ulduzları” haqda
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı
Bakı EuroVolley həyəcanını yaşayır
Ukrayna klubunun bazasına da raket atıldı - Şəkillər
Kriştiano Ronaldonun 977-ci qolu - Video
"Liverpul" 70 milyon avroluq təklif göndərdi
"Sevilya" Gürcüstan millisinin üzvünü transfer etdi
Almaniyada derbi oyununda xaos - Video
Messi cərimələndi
“Qarabağ”la oyuna başı dik getməliyik” - Daan Rots
“Marsel”dən darmadağın
“Arsenal”dan mövsümə uğurlu start
Toral oynadı, “Bursaspor” məğlub oldu
Ronaldo yeni mövsümdə qol hesabını açdı
Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı
Cəlal Hüseynovun komandası uduzdu
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı