"Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Azərbaycan Premyer Liqasının 11-ci turunda AZAL-a qalib gəldikləri oyundan (2:0) sonra Qol.Az-ın suallarını cavablandırıb.
- Qələbə qazansanız da, AZAL son dəqiqələrə kimi “Qarabağ”a yaxşı müqavimət göstərdi.
- Premyer Liqada artıq elə bir yerinə gəlmişik ki, heç bir oyunda rahat qalib gəlmək olmur. AZAL-la oyunda qələbə qazansaq da, futbolçularımız meydanda əziyyət çəkdilər. İndi “Monako” ilə oyuna rahat hazırlaşa bilərik.
- “Qarabağ” son oyunlarda sanki çox qol vurmaqda problemlə üzləşir...
- Heç bir komanda çempionatda sabit oyun sərgiləyə bilməz. İstənilən komandada yüksəliş və eniş dövrü olur. Bunu normal qarşılamaq lazımdır. Çox sıx qrafiklə oynayırıq. Artıq ardıcıl dördüncü oyundu ki, üç gündən bir meydana çıxırıq. Bu da istər-istəməz həm fiziki, həm də psixoloji təsirini göstərir.
- Demək istəyirsən ki, hazırda “Qarabağ” eniş dövrünü yaşayır?
- Xeyr, eniş deməzdim, bir az yorğunluq var.
- Amma nəzərə alaq ki, heyətiniz də kifayət qədər genişdir...
- Razıyam. Amma bir heyətin optimal çıxış etməsi üçün daha çox bir yerdə oynaması lazımdır. Hər oyun fərqli heyət meydana çıxanda futbolçular istər-istəməz bir-birlərini yaxşı başa düşə bilmir. Həm də AZAL-ın son vaxtlar yüksəlişdə olduğunu da nəzərə almaq lazımdır. Bizdən öncə “Neftçi”yə qalib gəldilər, “Qəbələ” ilə heç-heçə etdilər. Digər komandalar da artıq öz güclərini göstərməyə başlayıblar.

- Əvvələr “Qarabağ” daha çox qol vurardı. Komanda enerjisinə qənaət edir, yoxsa rəqiblər güclənib?
- Xeyr, gücünə qənaət etdiyini deməzdim. Bütün oyunlara eyni cür hazırlaşırıq. “Monako” ilə oyuna necə hazırlaşırıqsa, AZAL-a qarşı da elə hazırlaşmışdıq. Yorğunçuluq, digər komandaların bizə qarşı əlavə motivasiya ilə meydana çıxmasının da oyunumuzun alınmamasına təsiri var.
- Son vaxtlar tez-tez əsas heyətdə yer alırsan.
- Əlimdən gələni edirəm ki, əsas heyətə düşüm. Qurban Qurbanov da sağ olsun mənə şans verir, psixoloji cəhətdən də çox kömək edir. Komandaya uyğunlaşmaqda çətinlik çəkmədim. Hazırda “Qarabağ”da özümü elə hiss edirəm, sanki uzun illərdi bu komandadayam. Baş məşqçimiz “Qarabağ”da elə bir şərait yaradıb ki, hamının oynamaq imkanı var.
- “Neftçi”nin müdafiəsini qorumaq daha asan idi, yoxsa hazırda oynadığın “Qarabağ”ın?
- Müqayisə etmək düzgün deyil, hərəsinin öz yeri var. “Neftçi”də əsasən, mübarizə futboluna üstünlük verilirdi. “Qarabağ”da isə daha çox topla rəftar edirik.
- Bunlardan hansı sənin üçün rahatdır?
- Mənə elə gəlir ki, topla daha çox oynamaq baxımından “Qarabağ”da rahatdı. Açığı, bu suala tam cavab vermək bir az çətindir.
- “Neftçi”nin vəziyyəti heç də ürəkaçan deyil. Sabiq klubunun durumu ilə bağlı nə deyə bilərsən?
- “Neftçi”yə uğurlar arzu edirəm. Hər bir komandanın eniş vaxtları olur. İnanıram ki, “Neftçi” əvvəlki vaxtlarına qayıdacaq.
- Avropa Liqasının qrup mərhələsində “Monako”nu qəbul edəcəksiniz. Bu matç haqqında nə düşünürsən?
- Rəqibin gücü hamıya bəllidir. Fikrimcə, səfər matçında pis oynamamışdıq. Amma bəxtimiz gətirmədi, məğlub olduq. Bakıdakı matçda azarkeşlərimizi sevindirmək istəyirik.
Ergün SEYİD
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Netflix" Mourinyo haqqında sənədli serial yayımlayacaq
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi