"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 10-cu turunda "Rəvan"a qalib gəldikləri oyundan (1:0) sonra Qol.Az-ın suallarını cavablandırıb
- Çoxları “Rəvan”ı asanlıqla məğlub edəcəyinizi düşünürdü. Amma deyəsən, çempionatın autsayderi sizə çətinlik yaratdı.
- İndi çempionatda asan rəqib yoxdur. Bunu keçən turda da gördük. Heç kim gözləmədiyi halda ”Qəbələ” də, biz də xal itirdik. "Rəvan"la oyunumuz da oldu. Bütün bunlar göstərir ki, çempionat gərgin keçəcək.
- Çempionluq yolunda əsas rəqibiniz "Qəbələ" son turda da xal itirdi. Bu "Qarabağ"ın nə dərəcədə işinə yaraya bilər?
- Avroliqanın davam etdiyi müddətdə həm "Qəbələ", həm də "Qarabağ" üçün çətin olacaq. Gördüyünüz kimi, bu gün də istədiyimiz oyunu göstərə bilmədik. Qələbə qazansaq da, bunu çətinliklə bacardıq. Çempionat sıx qrafiklə keçirilir. Üstəlik Avroliqa oyunlarında futbolçular çox yorulur. Heyətdə də məcburi dəyişikliklər etməyə məcbur oluruq. Ona görə bu müddətdə qazanılan xalların əhəmiyyəti çox böyükdür.
- Premyer Liqanın 9-cu turunda "Sumqayıt"a məğlub oluduğunuz üçün baş məşqçiniz bu oyunda əsas heyət futbolçularına üstünlük vermişdi?
- Hər zaman Avroliqada səfər oyunundan sonra baş məşqçimiz əsas heyət futbolçularına istirahət verir. Xüsusilə də bu mövsüm belə addım atmaq məcburiyyətində qalırıq. Bunun da əsas səbəbi ağır oyunların olması, yol yorğunluğu olur. Həm də zədəlilərin sayının artmaması üçün bu addım atılır. Ona görə də məşqçilər ağır səfər oyunlarından sonra əsas heyət futbolçularını qoruyur. Belə hallar gələcəkdə də baş verəcək. Heyətimiz də genişdir. Hamıya oynamaq üçün şans vermək lazımdır. "Sumqayıt"la oyunda komandamız yaxşı oynadı, sadəcə, qol epizodlarından istifadə edə bilmədik. Rəqib də əzmkar futbol oynadı və layiqli 3 xal qazandı.
- Reynaldonun zədələnməsindən sonra hücumda “Qarabağ”ın əsas qol ümidi Armenterosdur. Çünki digər hücumçu Raydel Pupon demək olar ki, bu mövsüm heç nə ilə yadda qalmayıb. Razısan?
- Əslində Puponun qol vurmaq üçün imkanları olur. “Sumqayıt”la matça pis oynamadı. Fikirləşirəm ki, Pupon 1-2 qol vursa, özünə gələcək, özündə inam yaranacaq. Hücumçu üçün qol vurmaq çox vacibdir. Hər iki futbolçunun komandaya xeyiri olacağına inanıram.
- Avroliqada "Monako" ilə oyunöncəsi komandada atmosfer necədir?
- Hər şey qaydasındadır. Səfərdə “Monako”ya məğlub olduq. Başa düşürük ki, hamı evdə bizdən qələbə gözləyir. Amma bu tip oyunlarda qələbə qazanmaq asan deyil. Səfərdə də yaxşı oynadıq, ancaq qol imkanlarından istifadə edə bilmədik. Rəqib isə bir səhvimizdən istifadə edib bizi cəzalandırdı. Bu oyuna ciddi hazırlaşacağıq, yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.
- Ötən mövsüm Avropa Liqasında “İnter”lə oyundan öncə bildirmişdin ki, futbolçulara psixoloji təsir çoxdur. Hamı bizdən qələbə gözləyir və bizi məsuliyyət altına salır. "Monako" ilə oyun da çox əhəmiyyətlidir və azarkeşlər sizdən yaxşı nəticə tələb edəcək. Çünki bu matç bəlkə də qrupdan çıxmaq üçün son şansdır.
- Biz sona qədər mübarizə aparacağıq. Qrupdakı durumu yaxşı başa düşürük. Ona görə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Məncə, yaxşı olacaq.
- Artıq "Monako" ilə bir dəfə oynamısınız. Cavab oyununda nəyə ümid eləmək olarmı?
- Ümid həmişə var. Hər bir komandayla oynaya bilərik. Sadəcə, ev oyunlarımızda komandamız bir az stres keçirir. Buna da səbəb 30 min azarkeşimizin bizdən qələbə gözləməyidir. Bu, bizdə məsuliyyəti artırır. Monakoda çox rahat oynayırdıq. Amma bilirəm ki, Bakıdakı oyunda biraz təzyiq olacaq. Hamı səbirli olmalıdır. Eyni zamanda futbolçularımız da. “Monako” elə komanda deyil ki, ilk dəqiqələrdən basqılı oyun oynayaq, bir-iki qol vurub oyunun taleyini həll edək.
- Fransa çempionatındakı oyunlarda vurduğu qollarla “Monako”nun heyətində xüsusi seçilən bir futbolçu yoxdur. Bir müdafiəçi kimi rəqibin heyətində ilk oyundan sonra sən kimi fərqləndirərdin?
- Məncə, Traore çox təhlükəli futbolçudur. Rusiya çempionatından da onu xatırlayıram. Hər zaman müdafiəçilərə başağrısı olub. Bizimlə oyunda da bir səhv buraxdıq və dərhal ondan istifadə etdi. Bu tip hücumçulara qarşı oynamaq hər zaman çətindir. Bundan başqa Moutinyo, Bernardo və El-Şaaravi kimi təhlükəli futbolçular var. Bu futbolçulara qarşı çox diqqətli olmalıyıq. Adi bir səhvdən bizi cəzalandıra bilərlər.
Ergün SEYİD
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi