Qol.Az-ın təqdim etdiyi “Futbol xanımların gözündə” lahiyəsinin budəfəki qonağı “Lider” TV-də yayınlanan populyar “Qızıl pillə” verlişinin cazibədar aparıcısı Zemfira Adıgözəlovadır. Tamaşaçılar onu daha çox Zema kimi tanıyırlar.
- Ənənəvi olaraq, sizə də bu sualı ünvanlayırıq: futbola maraqlanırsınız?
- Çox az. Əksinə, bəzən telekanalları dəyişəndə hansısa kanalda futbol getdiyini görəndə orada saxlamıram, tez başqa kanala keçirirəm ki, birdən görüb, eşidən olar, deyər ki, “saxla, görək kim oynayır” (gülür)
- Ömrünüzdə nə vaxtsa stadiona getmisiniz?
- Yox, təəssüf ki, olmamışam.
- Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?
- Desəm ki, kimisə tanıyıram, yalan olar. Heç bir futbolçumuzu tanımıram, adlarını da bilmirəm.
- Bəs, klublarımızı necə?
- “Xəzər Lənkəran”ın adını çəkə bilərəm. Bundan başqa, “Neftçi”ni də tanıyıram.
- Avropada hansı komandaya azarkeşlik edirsiniz?
- Konkret azarkeşlik etdiyim komanda yoxdur. Ümumiyyətlə, futbola o qədər də çox baxmadığımdan bu suala cavab verməkdə də çətinlik çəkirəm.
- Klub adı çəkməkdə çətinlik çəkirsiniz. Bəs, tanıdığınız futbolçu var?
- Bir neçə il bundan qabaq dünya çempionatını izləmişdim. Konkret ili yadımda qalmayıb, amma orada Ronaldo var idi, ləqəbi də “yekədiş”. Bax, onu bəyənirdim. Özü də xatirimdədir ki, onun komandası həmin çempionatda kuboku qazanmışdı (Zemfira xanım 2002-ci il dünya çempionatını nəzərdə tutur - A.X)
- Ən yaraşıqlı futbolçu kimi qeyd edərdiniz?
- Elə yenə də Ronaldonun adını çəkərdim.
- Ən yaraşıqlı futbolçuların “qızıl onluğ”unu bizə deyə bilərsiniz?
- “Onluq” çətin quraram. Çünki bütün futbolçuları tanımıram. Ancaq tanıdıqlarım futbolçular arasında bir neçəsinin adını çəkə bilərəm, hansı ki, “qızıl onluğ”a düşməyə layiqdir. Məsələn, Alessandro Del Pyero, Paolo Maldini, İker Kasilyas, Ronaldo... Aaaa bir də Rüştü. Bax, bu futbolçuları yaraşıqlı olduqlarına görə “qızıl onluğ”a daxil edərdim.
- Futbolçu ilə ailə həyatı qurardınız?
- Xeyr, futbolçu ilə heç vaxt ailə həyatı qurmaram. Çünki ailə həyatı qursam, gərək mən də oturub onunla birlikdə futbollara baxam, futbolla maraqlanam. Yox, yox, futbol aləmi məndən uzaqdı və heç təsəvvür də edə bilmirəm. O topdan, futboldan danışa, mən də qulaq asam? Bu, mümkün olan şey deyil, bunu bacarmaram (gülür).
- Sizcə, niyə Azərbaycan futbolu inkişaf etmir?
- Düzü, niyə inkişaf etməməsinin səbəbini bilmirəm. Yəqin ki, nə vaxtsa Azərbaycanda da futbol lazım olan səviyyədə inkişaf edəcək. Amma açığını desəm, şəxsən mən yaxın gələcəkdə bunu görmürəm.
- Dünya və Avropa çempionatlarında daha çox hansı komandalara azarkeşlik edirsiniz?
- Hazırda Türkiyəyə. Ancaq nə vaxtsa Braziliyanın azarkeşi olmuşam.
- Sonda. Azərbaycan futboluna arzularınız.
- Arzum odur ki, işlərinə ciddi yanaşsınlar, məsuliyyətli olsunlar. Bundan başqa, futbolçularımız özlərinə yaxşı baxsınlar ki, xanım azarkeş toplaya bilsinlər.
Anar XANLAROV
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi