“Qarabağ”ın qapıçısı Fabian Buntiç Azərbaycan kubokunun yarımfinal mərhələsində “Sabah”a qarşı keçirilən cavab oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Matça yaxşı başlamışdıq. Lakin qırmızı vərəqədən sonra vəziyyət dəyişdi. Təbii ki, rəqib güclüdür və belədə 10 nəfərlə mübarizə aparmaq çətin idi. Buna baxmayaraq, komanda əlindən gələni etdi. Yaxşı mübarizə apardıq. Hesabda önə də keçdik. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik.
- Lazımi nəticəni qorumağınıza nə mane oldu?
- Əlbəttə, rəqib böyük qüvvə ilə irəli atılmışdı. Ümumilikdə pis müdafiə olunmurduq. Sadəcə rəqibin vurduğu ilk qol bizim üçün bir qədər uğursuz oldu.
- Mübahisəli penalti epizodu barədə fikirləriniz necədir?
- Burda ümumiyyətlə, şərhə ehtiyac yoxdur. Çünki hamı gördü ki, top ələ dəymişdi. Təmiz penalti idi.
- Mateuş Koxalski qırmızı vərəqə aldıqdan sonra meydana çıxdınız. Ümumiyyətlə, bu dəyişikliyə hazır idiniz?
- Belə halla heç kim izləş mək istəməz. Azlıqda qalmağımız heç də xoş deyildi. Amma mən hazır idim. Ümumiyyətlə, həmişə hazır olmalısan. Bəzən belə gözlənilməz hadisələr yaşanır.
- Meydanda oyun təcrübənizin azlığı özünü göstərirdi?
- Desəm ki, hər şey ideal idi, yalan olar. Özümü narahat hiss etmirdim. Sadəcə nə qədər əlindən gələni etsən, oyun praktikasının azlığı müəyyən anlarda çətinliklər yaradır.
- Matçdan sonra baş verən qalmaqal...
- Hər şey göz qabağında idi. Hakim səhvləri yekunda gətirib belə hallara çıxarır.
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”