Hakimlərlə bağlı açıqlaması başına bəla oldu

Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
DÜNYA FUTBOLU 30 Sentyabr 2026 / 21:48 426
-  A +

“Fulhem”in baş məşqçisi Alvaro Arbeloaya İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən hakimliklə bağlı açıqlamalarına görə ittiham irəli sürülüb.

QOL.az xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb. Arbeloa Premyer Liqanın 5-ci turunda “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçədən sonra verdiyi açıqlamada hakimlərin qərarlarının “Mançester Yunayted”in lehinə olduğunu və komandanın məğlubiyyətdən qaçmasına şərait yaratdığını bildirib.

FA hesab edir ki, məşqçinin sözləri hakimə qarşı qərəzli yanaşma olduğunu və onun dürüstlüyünü şübhə altına aldığını göstərir. Arbeloaya ittihama cavab verməsi üçün oktyabrın 1-dək vaxtı verilib.

Qeyd edək ki, “Fulhem” 5 turdan sonra 2 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 5 xalla 12-cidir.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner