“Neftçi”nin kapitanı Emin Mahmudov “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- “Qarabağ”a ötən matçda 1:5 hesabı ilə uduzduqdan sonra oyun sistemimizi də, düşüncəmizi də dəyişdik. Düşünürdük ki, “Qarabağ”a qarşı daha rahat oynaya bilərik. Ötən matçda mübarizələri çox uduzurduq. Azarkeşlər bizə əla dəstək vermişdilər. Ona görə də heç olmasa, budəfəki matçda o dəstəyin qarşılığını vermək istəyirdik. Fanatlarımız möhtəşəm idilər. Şükür Allaha ki, alındı. Çox mübarizə apardıq, çox çalışdıq. Əks-hücumlarda daha yaxşı oynaya bilərdik. Amma yenə də qələbə qazandıq.
- İlk matça da belə taktika ilə çıxsaydınız, nəticə fərqli ola bilərdi?
- Bilmək olmaz, futboldur bu. Daha əvvəl də “Qarabağ”la müdafiədən oynadığımız matçlar olub. 5 ildir qələbə qazana bilmirdik. Bu dəfə fərqli sistemlə oynadıq. Əslində ötən matça da pis başlamamışdıq. Qol şanslarımız var idi. Bəlkə də onları dəyərləndirsəydik, daha yaxşı nəticə qazana bilərdik. “Qarabağ”a qarşı açıq futbol oynamaq çox çətin idi. Buna hazır deyildik.
- “Neftçi” sonuncu dəfə “Qarabağ”a 5 il əvvəl qalib gəldiyi oyunda da meydanda idiniz. Uzun fasilədən sonra “Qarabağ” üzərində qələbə hansı hisslər yaşatdı?
- Əlbəttə, qələbə qazanmağı çox istəyirdik. Düzdür, 2021-ci ildəki matçdan fərqli olaraq budəfəki qələbə sayəsində çempion olmadıq. Amma yenə də uğursuz seriyaya son qoyduq. Buna görə çox sevinirik.
- "Neftçi" dördüncü yeri tutsa belə, avrokuboklara yollanmaq üçün kuboku “Sabah”ın qazanmasına ümid etməlidir...
- Elədir. Lakin hələ çempionat bitməyib. Qarşıda 4 tur var. Biz ilk növbədə öz oyunlarımızı udmalıyıq.
- Siz “Qarabağ”ı məğlub etməklə “Sabah” çempionluğunu rəsmiləşdirdi. Onlar da kuboku qazanmaqla sizin Avropaya yolunuzu aça bilərlər?
- Yaxşı olardı (gülür). Onları təbrik edirəm. Bu mövsüm inanılmaz futbol sərgilədilər. Layiq idilər. Sona 4 tur qalmış çempionluğu rəsmiləşdirmək çox çətindir.
- Sizin hələ “Sabah”la oyununuz var. Buna əsasən demək olar ki, son 4 turda “Zirə” ilə müqayisədə “Neftçi”nin təqvimi daha ağırdır?
- Məncə, ilk növbədə qarşıdakı turu, “Karvan-Yevlax”la səfər matçını düşünməliyik. İlk növbədə həmin oyunda 3 xal qazanmalıyıq. Görüşə çox ciddi hazırlaşmalıyıq. Çünki son turlar “Karvan-Yevlax” bütün rəqiblərə başağrısı olur. Yevlaxdakı ötən matçda son dəqiqələrdə vurduğumuz qolla qalib gəlmişdik.
- Maraqlıdır ki, “Qarabağ”a 1:5 hesabı ilə uduzduğunuz oyundan sonra müsahibə vermədiniz, gələn matçdan sonra danışarıq demişdiniz. Bu, ikinci qarşılaşmada “Qarabağ”a qalib gələcəyinizə inamdan irəli gəlirdi?
- Açığı, 1:5-dən sonra danışmaq çətindir. Mənası da yox idi. O nəticədən sonra nə deyəsən? İnanırdıq ki, bu matçda daha yaxşı nəticə qazana bilərik.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı