Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”

Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
MÜSAHİBƏ 2 Oktyabr 2026 / 10:42 996
-  A +

Azərbaycan milli komandasının müdafiəçisi Elvin Bədəlov dünən UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirilən oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik: 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Nə deyə bilərik? Üzgünük. Artıq bütün komandalar futbol oynaya bilir. İstəyirdik ki, qələbə qazanaq. Şanslarımız oldu. Sadəcə qol vura bilmədik. Eyni sözləri deyəcəyik. Özünüz hər şeyi gördünüz.

- Bəs qol vurmaq üçün nə çatışmadı?

- Soyuqqanlılıq. Mahir Emreli qol vura bilmirsə - ən usta futbolçumuz - onda da alınmırsa, deməli, qələbə qazana bilməyəcəyik. Təbii ki, hər şeyi Mahirdən gözləmirik, başqa futbolçularımız da var. O da qol vura bilmirsə, nəsə demək çətindir. 

- Bu nəticə növbəti oyuna təsir göstərəcək?

- Əlbəttə. Lakin matçdan dərhal sonra uşaqlarla danışdıq ki, hər şeydən uzaq olaq. Özümüz toparlanacağıq, birlikdə söhbətimiz olacaq. Bu vəziyyətə özümüz düşmüşüksə, özümüz də çıxmalıyıq. 2 oyun, 2 qələbə - artıq başqa cür danışacağıq. 

- Nəticəyə görə azarkeşlərdən üzr istəmək fikriniz var?

- Stadiona gələnlərdən, oyunu izləyənlərdən üzr istəyirik. Danışılası bir şey yoxdur. 

- Rəqibin qazanılan bir xalı çılğınlıqla qeyd etməsi sizdə qıcıq yaratdı?

- Meydanda gördüm. Pis təsir elədi. Ona görə uşaqlara dedim ki, meydandan çıxsınlar. Mənə xoş olmadı. Lakin güclü rəqiblərdən xal alanda biz də belə sevinirik.

- Litva ilə matçdan gözləntiləriniz nədir?

- Tək Litva yox, qarşıdakı iki oyunun ikisində də qələbə qazanmaq lazımdır. 

- Demək olar ki, Lixtenşteynlə matç millimizin D Liqasına layiq olduğunu göstərdi?

- Xeyr, biz D Liqasına layiq deyilik. Bunu göstərəcəyik.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner