Qol.Az saytının təqdim etdiyi “Futbol xanımların gözündə” adlı rubrikanın növbəti qonağı “Yurd” TV-nın aparıcısı, “Xəzər” TV və “İdman Azərbaycan”dakı fəaliyyəti ilə tanınan Günel İsmayıl qızıdır.
- Öncə, başlayaq tanışlıqdan...
- Günel İsmayıl qızı. İlk olaraq xəbər aparıcı kimi “Xəzər” TV-də fəaliyyətə başlamışam. Daha sonra “İdman Azərbaycan” telekanalında da çalışmışam. Hazırda “Yurd” TV-də veriliş aparıcısıyam.
- Sizin futbola marağınız hansı dərəcədədir?
- Baxır oyuna. Deməzdim ki, bütün oyunları izləyirəm, amma eyni zamanda heç baxmadığımı da demək olmaz. Açığı əvvəllər marağım olmayıb. Yalnız son illər bu maraq yaranıb.
- Bəs, bu marağın yaranma səbəbi nə oldu?
- Yəqin ki, texnologiyanın inkişafı ilə bağlıdır. Artıq zaman dəyişib, maraqlar dəyişib. Hardasa kişi-qadın bərabərliyi idmanda da hiss olunmağa başlayıb. Həm də “İdman Azərbaycan” telekanalında çalışdığımı nəzərə alsaq, bunun da marağa təsiri olub.
- Az öncə qeyd etdiniz ki, əvvəllər futbolla o qədər də maraqlanmamısınız. Elə isə maraqlıdır, “İdman Azərbaycan”a necə gedib çıxmışdınız?
- Sadəcə, xəbər aparıcısı olduğumdan həmin telekanaldan təklif gəldi ki, idman xəbərlərini xanım aparıcıya həvalə etmək istəyirlər. Mən də təklifi qəbul edib getdim.
- Hansı komandanın azarkeşisiniz?
- “Barselona”nın. Amma əvvəllər “Real”a azarkeşlik etmişəm. Ümumiyyətlə, ispanları sevirəm.
- İspanların hansı xüsusiyyəti sizi daha çox cəlb edir?
- Cəldliyi, oyuna yanaşmaları. Topa sanki top kimi baxmırlar.
- Azərbaycan futbolu ilə nə dərəcədə maraqlanırsınız?
- Azərbaycan futbolu ən yaralı yerimizdi. Hətta desəniz “oyunçulardan kimləri tanıyırsınız?” 1-2-sinin adını güclə sadalayaram. Rəşad Sadıqov, Rəşad Sadiqov, Ruslan Abışov.
- Nə vaxtsa stadionda olmusunuz?
- Futbolla bağlı yox.
- Dəvət edən olmayıb, ya necə?
- Dəvət edən olub, sadəcə, bizimkilər oynadığından getməmişəm. Çünki oynaya bilmirlər, gedirsən, əsəbləşirsən.
- Axı, niyə oynaya bilmirlər, səbəb nədir sizcə?
- Desəm maliyyə problemi var, bu deyil. Ürək qoymurlar, bu da deyil. Bəlkə də problem baş məşqçi ilə bağlıdır. Bəlkə heç onluq da deyil. Bir sözlə, çox çətin sualdı.
- Sentyabrda Azərbaycanda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Bundan xəbəriniz var?
- Bəli, eşitmişəm və deyim ki, çox istərdim ki, stadiona gedib komandamızı dəstəkləyim. Dəvət olsa böyük mənmuniyyətlə gedəcəm.
- Bu artıq o anlama gəlir ki, xanımlarımız da futbol oynaya bilir.
- Həmişə ən çətin yükün altına qadın girib. Övladı da dünyaya məhz qadın gətirir. Ona görə bunu təəccüblü qarşılamıram.
- Ən çox bəyəndiyiniz futbolçu?
- Xavi.
- Niyə məhz Xavi?
- Xoşuma gəlir
- Oyunu yoxsa, görünüşü?
- Həm oyunu, həm də görünüşü.
- Yalnız Xavini bəyənirsiniz?
- Bəyəndiyim digər futbolçular da var. Məsələn Ronaldolar, Messi çox gözəl oyunçudur. Roberto Karlos, Bekhem. Yeri gəlmişkən, Bekhem çox məşhur olsa da, bu məşhurluq ona yaraşır.
- Xanımlarımızın stadionlara az getməsinin səbəbi nədir?
- Məncə, mentalitet. Məncə, xanımlar arasında keçiriləcək dünya çempionatından sonra xanımların stadiona getməsi bizdə də adiləşər.
- Azərbaycanın hansı klublarını tanıyırsınız?
- “Qarabağ”, “Turan”, “Kəpəz”, “Xəzər Lənkəran”ı hamı tanıyır, “Neftçi”ni uşaqlıqdan tanıyıram. Sonra “Bakı”, “İnter”. Yeri gəlmişkən, bilmirəm nədəndir, amma “İnter”i sevirəm.
- Sevirsiniz? “İnter”i?
- Bilmirəm niyə, amma bəli. Son oyunlarına baxmışdım və çox bəyənmişdim.
- Ancaq xəbəriniz var ki, “İnter” Azərbaycanda sevilməyən komandadır? Çünki prezidentindən tutmuş baş məşqçi və futbolçularının əksəriyyəti əcnəbilərdi...
- Bəli, bunu da bilirəm. Sadəcə mən, riskli addımları sevirəm. Həm də açığı bu, mənim üçün öməmli deyil. Çünki kimliyindən aslı olmayaraq, Azərbaycanı təmsil edir.
- Daha çox hansı tip oyunları xoşlayırsınız?
- Derbiləri. Amma eyni zamanda da qorxuram (gülür). Götürək Türkiyəni, orada keçirilən “Fənərbaxça” - “Qalatasaray” derbilərini. Yeri gəlmişkən mən özüm də “fənərli”yəm. Baxmayaraq ki, son zamanlar adına xələl gəldi.
- Futbolçu ilə ailə qurardınız?
- Qurardım. Futbolçu insan deyil?
- Təbii, insandı, amma onlar il boyu təlim-məşq toplanışlarında, oyunlarda olurlar...
- Əgər bu, onun sənəti, işidirsə, bunu normal qarşılamalıyam. Mən özüm də aparıcıyam, ola bilər hansısa lahiyənin çəkilişləri səbəbindən mən özüm də bir neçə gün rayonlarda qala bilərəm.
- Futbolla bağlı başınıza maraqlı hadisə gəlməyib?
- Bir ara oyunlara proqnoz vermək həvəsinə düşmüşdüm və hətta bir neçə dəfə pul qoyuluşu da etmişdim. Halbuki, bunun yaxşı olmadığını mən də bilirəm. Nəticəyə gəlincə, iki oyunu “yandırdım”, biri “tutdu”. Sonra qardaşım dedi ki, “daha sənə inanmayacam” (gülür). Bəzən “İdman Azərbaycan” telekanalının da uşaqları xahiş edir ki, bir oyuna proqnoz verim, amma mən deyirəm ki, əl çəkin, bu, mənlik deyil.
- Azərbaycan futboluna arzularınız?
- İlk növbədə birlik olmalıdır. Şəxsi mənafe güdməməliyik. Halbuki, bu, bizdə özünü açıq şəkildə göstərir. Ən əsası ürəklə yanaşmalıyıq. Mən optimist yanaşıram. Qoy, bizim futbolçular oynadıqları topu Azərbaycan olaraq görsünlər. Yer kürəsi də top kimidir. Bir anlıq düşünsünlər ki, bu kiçik top Azərbaycandı və hər vurulan zərbədə həmin kiçik Azərbaycanı digər ölkələrə yaxşı mənada atmış olsunlar. Kin, ədavəti bir kənara qoymaq lazımdır. İstəsək, hər şeyi edə bilərik. Ancaq görünür istəmirlər.
Anar XANLAROV
Yuxarı
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu