Medianın İnkişafı Agentliyinin layihəsi
Simeon Slavçev 2018-ci ildə Portuqaliyanın “Sportinq” klubundan “Qarabağ”a keçmişdi. O dövrdə Bolqarıstan millisinin üzvü olan yarımmüdafiəçi “Qarabağ”la 3 illik müqavilə imzalasa da, əsas heyət üzvünə çevrilə bilmədi. O, bir mövsümdən sonra özünün qeyd etdiyi kimi, uşaqlıq arzusu olan “Levski”yə (Bolqarıstan) keçdi. “Qarabağ”dan ayrıldıqdan sonra uğurlu mövsüm keçirə bilməyən bir çox oyunçu kimi, Slavçev də “Levski”də möhkəmlənə bilməyərək klubunu dəyişdi.
Hazırda Sofiya “Lokomotiv”ində çıxış edən 32 yaşlı yarımmüdafiəçi QOL.az-ın saullarını cavablandırıb.
– Simeon, ilk olaraq bilmək istərdik ki, Azərbaycanı və “Qarabağ”ı necə xatırlayırsınız?
– “Qarabağ” və Azərbaycanla bağlı yalnız xoş xatirələrim var. Oranın insanlarını, azarkeşlərini çox bəyənirdim. Açığı, orada daha uzun müddət qalmaq və daha çox vaxt keçirmək istəyərdim. Klubun inkişaf istiqaməti çox böyük və peşəkarcasınadır. Orada özünü tam olaraq peşəkar mühitdə hiss edirsən və yalnız futbola fokuslanırsan. Hər şey ən xırda detallarına qədər düşünülüb və yüksək səviyyədə təşkil olunub.
Mən indi də “Qarabağ”ı dəstəkləyirəm, oyunlarının çoxunu izləyirəm və onlara uğurlar arzulayıram. Klubun uğurunda bolqar mütəxəssislərin də (fiziki hazırlıq üzrə məşqçilər Çudomir Çakarov və Mario Mitovu nəzərdə tutur – QOL.az) rolu var. Həmçinin baş məşqçi Qurban Qurbanovun işi və klubun ümumi strukturu həqiqətən möhtəşəmdir.
- Qeyd etdiniz ki, “Qarabağ”da çox qala bilərdiniz. Bəs niyə komandadan tez ayrıldınız?
– Əslində bu, o qədər də tez olmadı. Mənə “Levski” klubundan təklif gəldi. Uşaq vaxtı bu klubun böyük azarkeşi olmuşam. Bir gün orada oynamaq mənim üçün arzu idi. Amma hər şey planlaşdırdığım və xəyal etdiyim kimi getmədi. Bu isə həyatın və futbolun bir hissəsidir.

– “Levski”də istədiyiniz performansı göstərə bilməməyinizin səbəbi nə oldu?
– Buna əsas səbəb çoxsaylı zədələr oldu. Bu zədələr mənim oyunumu göstərməyimə və yaxşı formada olmağıma imkan vermədi. “Levski”də olduğum müddətdə ayağım sındı, əməliyyat olundum, daha sonra bud nahiyəsində əzələ zədəsi yaşadım. Bundan əlavə, koronavirusu çox ağır keçirdim və 10 gün xəstəxanada qaldım. Sonra isə iki ay müddətində məşq və oyunlara məhdudiyyət qoyuldu. Bütün bunların nəticəsində nə oynaya bildim, nə də yaxşı futbol formasına düşə bildim.
– Nədənsə “Qarabağ”dan ayrılan futbolçuların əksəriyyəti başqa klublarda eyni performansı bilmir. Sizcə, bunun səbəbi nədir?
– Açığı, bunun niyə belə olduğunu bilmirəm. Futbolda və ümumiyyətlə karyerada uğur qazanmaq üçün təkcə keyfiyyət yox, həm də şans lazımdır.
– Hazırda klubunuzda işləriniz necə gedir?
– Komanda hazırda sıfırdan qurulma prosesindədir. İnfrastruktur inkişaf etdirilir, klub qarşıya böyük hədəflər qoyub və liqada əsas söz sahiblərindən biri olmaq istəyirlər. Amma bunun üçün zamana ehtiyac var.
Şəxsi olaraq isə son bir ildə demək olar ki, oynamamışam. Axilles vətərimdə problem var idi və əməliyyat olundum. Son aylarda vəziyyətim yaxşılaşır, artıq komanda ilə məşqlərə və oyunlara başlamışam. Dörd gün əvvəl uzun fasilədən sonra oyuna çıxdım.

– Hələ də “Qarabağ”dan kiminləsə əlaqəniz var?
– Bəli. Amma birlikdə oynadığım futbolçuların əksəriyyəti artıq klubda deyil. Bolqar məşqçilər, futbolçulardan Abdullah Zubir və Şahruddin Məhəmmədəliyevlə əlaqə saxlayıram.
– Yəqin ki, “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını izləmisiniz. Bu barədə nə deyə bilərsiniz?
– “Qarabağ” bu mövsüm “Bodo Qlimt”lə (Norveç) birlikdə sürpriz komandalardan biri oldu. Amma bu, qısa müddətli uğur deyil. Bu proses uzun illərin əməyinin nəticəsidir və klub buna tam layiqdir. Klubda hər şey çox dəqiq qurulub, hamı bir məqsəd uğrunda çalışır və eyni istiqamətə baxır.
Bəli, bəzi ağır nəticələr də oldu, amma futbolun reallığı budur. Bu, klubda görülən peşəkar işi və zəhməti kölgə altına almır. Klubda və Azərbaycan insanlarında yalnız qürur və özünəinam hissi olmalıdır. Çünki artıq Avropada və futbol ictimaiyyətində “Qarabağ” tanınır. Hətta Bolqarıstanda da bu klubun işi yüksək qiymətləndirilir.
Düşünürəm ki, indi “Qarabağ” diqqətini yenidən çempionata yönəltməli və yenidən çempion olmağa çalışmalıdır. Çünki bilirəm ki, avrokubok oyunları keçirib, sonra qısa müddətdə yerli çempionat matçına çıxmaq çox çətindir. Bu zaman diqqət, yorğunluq və motivasiya fərqli olur.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər