Daha 4 il "Barselona"da - Rəsmi

Daha 4 il "Barselona"da - Rəsmi
DÜNYA FUTBOLU 5 Noyabr 2026 / 16:52 107
-  A +

“Barselona” futbolçusu Rafinya ilə yeni müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Braziliyalı hücumçunun sözləşməsi 2030-cu ilə qədər uzadılıb.

2022/2023 mövsümündən “Barselona”da çıxış edən 29 yaşlı futbolçu indiyədək 190 oyunda meydana çıxıb, 94 qol vurub. O, bu müddətdə komanda ilə 3 dəfə İspaniya çempionu (2022/2023, 2024/2025, 2025/2026), bir dəfə ölkə kubokunun (2024/2025) və 3 dəfə İspaniya Superkubokunun (2022/2023, 2024/2025, 2025/2026) qalibi olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner