“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər

“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
DÜNYA FUTBOLU 5 Noyabr 2026 / 20:49 89
-  A +

“Napoli”də uğursuz nəticələr fonunda komanda daxilində gərginlik artıb. Çempionlar Liqasında “Portu”ya 1:4 hesablı məğlubiyyət zamanı Kevin De Bruyne ilə Lorenzo Lucca arasında mübahisə yaşanıb.

QOL.az xəbər verir ki, qarşılaşmanın sonlarına yaxın hücumun uğursuz başa çatmasından narazı qalan De Bruyne Luccaya irad bildirib. İtaliyalı hücumçu isə belçikalıya sərt cavab verib.

“La Gazzetta dello Sport” nəşri bu hadisəni klubdakı gərginliyin göstəricisi kimi qiymətləndirib. Bildirilir ki, komandada italyan və əcnəbi futbolçular arasında müəyyən qruplaşmalar da mövcuddur. 

Jurnalist Fabrizio Romanonun sözlərinə görə, “Napoli” rəhbərliyi yanvarda ciddi dəyişikliklər etməyi planlaşdırır. O, De Bruyne ilə Lucca arasındakı mübahisənin komanda daxilindəki problemləri daha da üzə çıxardığını vurğulayıb. Onun fikrincə yaranmış gərginlik bəzi futbolçuların qış transfer pəncərəsində komandanı tərk etməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, “Napoli” A Seriyasında 8-ci pillədə qərarlaşıb, Çempionlar Liqasında isə 4 oyundan sonra 3 xalı var.


Qarabağ FK
Son xəbərlər
topaz banner