Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı

Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
DÜNYA FUTBOLU 5 Noyabr 2026 / 12:36 63
-  A +

“Bavariya” hücumçusu Harri Keyn klubla müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni müqavilə 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

2023-cü ilin yayında “Bavariya”ya keçən İngiltərə millisinin kapitanı bu müddətdə iki dəfə Bundesliqanın qalibi olub, Almaniya Kubokunu və iki dəfə Almaniya Superkubokunu qazanıb.

Harri Keyn indiyədək “Bavariya”nın heyətində keçirdiyi 161 rəsmi oyunda 156 qol vurub. O, həm ölkə daxilində, həm də Avropa arenasında bir sıra rekordlara imza atıb. Ötən həftə isə dünyanın ən yaxşı futbolçusu seçilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner