Yaponiya Futbol Assosiasiyasının keçmiş prezidenti və hazırkı fəxri prezidenti Kodzo Tasima FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürmək qərarına gəlib.
QOL.az xəbər verir ki, təşkilat rəhbəri vəzifəsi uğrunda seçkilər 2027-ci ilin martında keçiriləcək. İndiyədək bu vəzifəyə yalnız hazırkı prezident Canni İnfantino namizədliyini açıqlamışdı.
Tasima Yaponiya Futbol Assosiasiyasının tam dəstəyini aldıqdan sonra bu qərarı verdiyini bildirib:
“Bu açıqlamanı vermək imkanına görə minnətdaram. Üstəlik, Yaponiya Futbol Assosiasiyasının tam dəstəyinə sahibəm. Söhbət qələbə və ya məğlubiyyətdən getmir. Məqsədimiz bütün dünyaya Yaponiya futbolunun təməlini təşkil edən dürüstlük, etibarlılıq və prinsipiallıq kimi dəyərləri nümayiş etdirməkdir.
Əminəm ki, məhz bizim hər zaman müdafiə etdiyimiz bu dəyərlər hazırda FİFA üçün vacibdir. Bu prinsipləri dünya futbol ictimaiyyətinə çatdırmaq məqsədilə FİFA prezidentliyinə namizədliyimi irəli sürmək qərarına gəlmişəm”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı