İnfantinoya rəqib gəlir?

İnfantinoya rəqib gəlir?
DÜNYA FUTBOLU 5 Noyabr 2026 / 22:26 85
-  A +

FİFA Şurasının üzvü, Yaponiya Futbol Assosiasiyasının fəxri prezidenti Kozo Tashima təşkilatın prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Tashimanın namizədliyi təsdiqlənərsə, hazırkı prezident Canni İnfantino gələn ilin martında Mərakeşdə keçiriləcək seçkilərdə ciddi rəqiblə üzləşə bilər. İndiyədək İnfantinonun rəqibsiz yenidən seçiləcəyi gözlənilirdi.

Qeyd edək ki, prezidentliyə namizədlər seçkilərdə iştirak etmək üçün dünyanın müxtəlif regionlarından ən azı 5 milli futbol assosiasiyasının dəstəyini almalıdır. Məlumata görə, Tashima Yaponiya Futbol Assosiasiyasının dəstəyinə arxalana bilər.


Qarabağ FK
Son xəbərlər
topaz banner