Messinin 10 nömrəli forması boş qalacaq

Messinin 10 nömrəli forması boş qalacaq
XƏBƏR 6 Noyabr 2026 / 00:23 33
-  A +

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin geyindiyi 10 nömrəli formanı yaxın vaxtlarda heç bir futbolçuya verməmək qərarına gəlib.

QOL.az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.

Argentina millisi noyabr ayında iki yoxlama oyunu keçirəcək. Komanda noyabrın 14-də Uruqvay, 17-də isə Kosta-Rika ilə qarşılaşacaq. Həmin matçlarda 10 nömrəli forma heç bir futbolçuya təqdim olunmayacaq.

Qeyd edək ki, daha əvvəl Argentina Futbol Assosiasiyası Messinin formasının nömrəsinin dövriyyədən çıxarılması ilə bağlı müraciət etsə də, buna icazə verilməyib.

Xatırladaq ki, Messi Argentina millisində son oyununu oktyabrın 7-nə keçən gecə keçirib. Buenos-Ayresdə Benin yığmasına qarşı baş tutan yoxlama görüşündə argentinalılar 3:0 hesablı qələbə qazanıblar.


Qarabağ FK
Son xəbərlər
05.11.26  00:55

Amorim narazıdır

topaz banner