Medianın İnkişafı Agentliyinin layihəsi
Son dövrlərdə Azərbaycanda güləşə qadınların marağı artmaqdadır. Buna sübut kimi gənc qadın güləşçilərimizdən Zəhra Kərimzadə, Nərgiz Səmədova, Jalə Əliyevanın da adlarını çəkmək olar. Təsadüfu deyil ki, bir neçə həftə əvvəl - fevralın 8-də Zəha Kərimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turnirində adını medalçılar sıralamasına yazdırmağı bacardı. O, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.
Gedişat göstərir ki, qadın güləşçilərin sayı çoxalacaq.
Məhz ona görə də bu gün həmsöhbətimiz Azərbaycan qadın güləşinin əfsanəsi, adını güləş tariximə qızıl hərflərlə yazdıran dördqat Olimpiya medalçımız, ikiqat dünya və onqat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi Mariya Stadnikdir.
3 dekabr 1988-ci ildə Ukraynanın Lvov şəhərində dünyaya gələn M.Stadnik 2000-ci ildə karyerasına start verib, 2007-ci ildən 2025-ci ilədək isə güləşçi kimi Azərbaycan idmanının uğurları üçün çalışıb. O, dünyada 4 Olimpiya medalına sahib olan 3 qadın güləşçidən biridir.
Mariya Stadnik Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Respublikasınınn Prezidenti İlham Əliyevin 29 sentyabr 2008-ci il tarixli 3017 nömrəli Sərəncamına əsasən, "Tərəqqi" medalı ilə, 31 avqust 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən, Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
M.Stadnik 2025-ci ilin 3 fevral tarixindən ötən günədək Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinator vəzifəsini icra edib. Dünən isə onun Azərbaycan millisinin böyük məşqçisi təyin olunduğu açıqlanıb.

- Mariya, bir mütəxəssis kimi Azərbaycanda qadın güləşinin durumunu necə qiymətləndirirsiniz?
- Artıq 2-ci ildir ki, U-15 və U-17 kateqoriyalarında qızlar arasında ölkə birinciliyini keçiririk. Artıq qız güləşçilərin sayında artım müşahidə olunur. Bu da qızların güləşə marağının çoxalmasının göstəricisidir. Sırf qızların məşq keçə biləcəyi təlim-məşq mərkəzi istifadəyə vermişik. Orada azyaşlı qızlar güləşin sirrlərinə yiyələnirlər.
- Bu marağın artması bölgələrdə də müşahidə olunur, yoxsa yalnız Bakı şəhərində?
- Bölgələrdən də yeni istedadlı qızlar üzə çıxır. Azərbaycanda qadın güləşinin səviyyəsi tədricən yüksəlir.
- Bir neçə həftə əvvəl Xorvatiyadakı reytinq turnirində Zəhra Kərimzadə bürünc medal qazandı, lakin digər milli üzvləri mübarizəni medalsız başa vurdular. Bu barədə nə deyə bilərsiniz?
- Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən bu yarış ən güclü turnirlərdən biri hesab edilir. Reytinq turniri Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qızlar öz güclərini sınaqdan keçirir, zəif tərəflərini aşkarlayıb, nəyin üzərində daha çox işləməli olduqlarını müəyyənləşdirirlər. Bu, ilin ilk turniri idi. Ola bilər ki, bəzi milli üzvləri hələ tam formaya düşməyiblər.
- Bəs onların formaya düşməsi üçün nə ikimi addımlar atılır. Hansı strategiyanı izləyirsiniz?
- Hal-hazırda onlar Macarıstanda hazırlıq prosesindədirlər. Müxtəlif ölkələrdən olan güləşçilərlə birgə təlim-məşq toplanışı keçirlər. Bu da qızlarımıza böyük təcrübə qazandıracaq.
- Ümumilikdə Azərbaycanın qadın güləşi komandasının qarşısında duran əsas hədəf nədir? Daha böyük inkişaf üçün hansı addımlar atılmalıdır?
- İlk növbədə psixoloji və mental maneələri aşmaq lazımdır. Bundan sonra Azərbaycanda qadın güləşində kütləvilik yaranacaq. Tədricən valideynlər anlayır ki, güləş qızlar üçün heç də qorxulu idman növü deyil (gülür).
- Həmin o qorxan valideynləri inandırmaq üçün planlarınız var?
- Qadın güləşi spesifik olduğu üçün Azərbaycan Güləş Federasiyası çalışır ki, qadın məşqçilərin sayını artırsın. Belədə qızlarda və onların valideynlərində məşqçiyə daha çox inam və etibar yaranır. Bu səbəbdən veteran qadın güləşçilərimizi məşqçilik fəaliyyətinə cəlb edirik.
- Deməli, güləşə marağı və istedadı olan, lakin madddi baxımdan və ya ailə vəziyyət ilə bağlı bu yola başlaya bilməyən qızlarla rastlaşmısınız.
- Bəli. Güləşə maraq göstərsə də, buna imkanı çatmayan qızlar var. Biz çalışırıq ki, belə uşaqlara dəstək olaq və onlara şərait yaradaq ki, güləşlə məşğul ola bilsinlər. Kim qadın güləşinə gəlmək istəyirsə, biz ona dəstək oluruq. Qızların güləşə maraq göstərməsi bizi sevindirir.

- Məlumdur ki, Azərbaycan qadın güləşi tarixinə adınızı qızıl hərflərlə yazdırmısınız. Güləşçi karyeranızda bütün arzularınız reallaşdımı? Və bundan sonra üçün planınız, arzunuz nədir?
- Artıq 1 ildən çoxdur ki, Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinator vəzifəsində çalışıram (Bu müsahibə Mariya Stadnikin böyük məşqçi təyin olunmasından əvvəl edilib - red.). Bu iş mənim üçün yeni təcrübədir. Bu 1 il ərzində idmanı digər tərəfdən gördüm, müxtəlif amillərlə rastlaşdım. Elə proseslər var ki, idmançı olarkən onları görə bilmirsən. İdmançının məşqi, qidalanması, yarışa ezam edilməsi - bütün bu məsələləri optimal vəziyyətə çatdırmaq üçün daim çalışırıq. Güləşlə bağlı bütün arzularım demək olar ki, həyata keçib. Yalnız Olimpiya qızılından başqa. Ümumilikdə idmançı kariyeramdan razıyam. Hər medalıma görə Allaha şükr edirəm. Ona görə də idmançı karyeramı rahat başa vurdum. Gələcək hədəfim gənc və yeniyetmə idmançılarla iş təcrübəmi artırmaq, əlimdən gəldiyi qədər onlara dəstək olmaqdır. Öz idmançı təcrübəmi onlarla bölüşməyə hazıram. Hər insan həyatda özündən sonra iz qoyur. Bu uğura gedən yolda istifadə etdiyim metodları gənc və yeniyetmə güləşçilərə aşılamağa çalışacağam.
- Sonda geriyə baxdıqda özünüzə, güləşə nə demək istəyərsiniz?
- Güləşə minnətdaram ki, belə gözəl karyeraya sahib olmuşam.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı
Turin klubu yeni baş məşqçisini açıqladı
Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa tətbiq olundu
La Liqa matçlarında ən çox ötürmə edən futbolçular kimlərdi?
Dibala vətəninə qayıdır
Gedirlər - Şəkillər
“Neftçi”də 9 nömrə əbədiləşdirildi
"Onun etdiklərini heç vaxt unutmayacağam"
"Barselona" maliyyə pozuntuları ilə bağlı bəyanat yaydı
Cüdoçularımız "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər
İrqçi davranışına görə "Real"la oyunu buraxacaq
Superliqa klubları bugünkü matça itkilərlə çıxacaq
FİFA-dan yeni qayda təklifi: futbolçular gözləməli olacaq
Böyük hesabla uduzdular, baş məşqçini göndərdilər
Stadnik Azərbaycan millisinin böyük məşqçisi oldu
2-ci liqada ilin ilk oyunları keçirildi
Emreli: “Daha çox qol vurmaq istəyirəm"
Millimiz Tacikistana uduzdu
Qızının səhhətində problem yarandı - Millidən istefa verdi
"Nyukasl"la oyunda yaxşı nəticə əldə edə bilərik" - Montiel
“Sabah”dan ardıcıl 10 qələbə və rekord
Modriç "Dinamo"ya qayıda bilər
PFL-dən Ayxan Abbasova cavab - “Bunu demək etik deyildi”
Ozobiçdən 70-ci qol
“Neftçi” etdi, indi növbə “Qarabağ”dadır…