Medianın İnkişafı Agentliyinin layihəsi
“Neftçi”nin yetirməsi Nazim Məmmədzadə bir neçə ölkədə legioner həyatı yaşayan azsaylı azərbaycanlı futbolçulardandır. O, İspaniya və Polşanın aşağı liqa klubları, Şimali Makedoniya, Latviya və Qırğızıstanda isə elita təmsilçilərində çıxış edib.
Bir vaxtlar U-21 millimizə də dəvət alan yarımmüdafiəçi ötən ilin sonlarından Maldiv adalarının “Maziya” klubunda oynayır. O, bir neçə gün əvvəl bu komanda ilə çempion adını da qazanıb.
25 yaşlı yarımmüdafiəçi QOL.az-a açıqlamasında ekzotik ölkə klubuna keçməsindən, çempionluğundan və planlarından danışıb:
“Həmin vaxt klubsuz idim. Qırğızıstanda (“Alay” klubunda-red.) az oynadığım üçün yeni komanda tapmaq çətin idi. Agentim mənimlə əlaqə saxladı, bu təklifi etdi, razılaşdım. Artıq bir neçə aydır ki, burda oynayıram və çempionluq da yaşamışam. Heç bir oyunda uduzmadıq və cəmi üç dəfə heç-heçə etdik. Ölkə xaricində bu titul adamı daha çox sevindirir. Çempionluq bizə Asiya Konfrans Liqasında iştirak hüququ qazandırdı. Hazırda kubok oyunları keçirilir. Liqada 7 oyuna çıxmışam və 1 qol ötürməsi etmişəm. Kubokda isə 1 oyuna 1 qol vurmuşam”.

N.Məmmədzadə Maldiv adaları çempionatının durumu ilə bağlı da danışıb: “Liqada 10 komanda var. Hər komandada meydanda ümumilikdə 4 legioner oynaya bilər. İlk dörd komandanın səviyyəsi pis deyil. Hamısı Asiya Konfrans Liqası üçün mübarizə aparır. Amma digər komandaların səviyyəsi bir qədər aşağıdır. Bu çempionatı səviyyə baxımından Azərbaycanın birinci və ikinci liqaları ilə müqayisə etmək olar. Peşəkarlıq baxımından hər şey qaydasındadır. Maaşlar vaxtında ödənilir və heç bir problem yoxdur. Maaşlar Azərbaycan 1-ci liqasında çıxış edən klubların hamısından üstündür. Amma Premyer Liqadan aşağıdır”.
Futbolçunun ötən ilin dekabrında “Maziya” ilə bağladığı müqavilə gələn ay başa çatır. “Hələlik gələcəyimlə bağlı dəqiq qərar verməmişəm. Müqaviləm mart ayının sonunda başa çatır. Burada qalmaq da olar. Martda bu haqda qərar verəcəm” – deyə o bildirib.

N.Məmmədzadə fərqli mentalitetə malik bir ölkədə yaşamağın ona çətinlik gətirmədiyini bildirib. O, hələlik Azərbaycana qayıtmaq fikrində olmadığını da deyib: “Çətinlik yoxdur. Zala gedirəm, sonra isə komandamızın məşqləri başlayır. Bəzən gündə iki məşqimiz də olur. Sərbəst günlərdə isə yoldaşımla birlikdə başqa adalara gedib gəzə bilirik. Yəni başımızı qatırıq. Mənim də Azərbaycanda ailəm və dostlarım var, onlardan ötrü darıxıram. Amma başa düşürəm ki, bu mənim üçün daha yaxşıdır. Bəli, bir neçə ildir ki, vətəndən kənarda oynayıram. Düzünü deyim ki, elə bir ciddi və normal təklif də yoxdur ki, Azərbaycana qayıdım. Ona görə də hələ qayıtmaq fikrim yoxdur”.
Nazim Məmmədzadənin çıxış etdiyi “Maziya” klubu Maldiv adalarının paytaxtı Male şəhərini təmsil edir. Male Hind okeanında kiçik və sıx məskunlaşmış ada şəhərdir. Tropik ölkənin gözəlliyindən bəhs edən futbolçu onu da bildirib ki, ətrafında olan insanlar Azərbaycanla bağlı yalnız “Qarabağ” klubunu tanıyırlar: “Ölkə çox əsrarəngizdir. Turistlərin sayı çox olduğuna görə qiymətlər bir qədər bahadır. Kurort ölkəsidir. Təbiəti həqiqətən qeyri-adi gözəlliyə malikdir. Buranın əhalisi müsəlmandır və dinə çox bağlıdırlar. Gördüyüm qədərilə, burda Azərbaycan haqda elə də məlumatlı deyillər. Ancaq “Qarabağ” klubunu tanıdıqlarını görürəm”.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat
“Məsələ pulda deyil” - Alvareslə bağlı açıqlama
"Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır"
“Hər şey sabah həll olunmalıdır” - “Tvente”nin baş məşqçisi
Ronaldo fasilədə niyə oyundan çıxarıldı?
Dambrauskas hekayəsi və dəyişən Azərbaycan futbolu
“Bavariya”dan “Benfika”ya keçdi
Vaqif Cavadov "Tvente"ni ziyarət etdi
Mattia Perin “Yuventus”dan getdi
“Mançester Siti” Ayub Buaddini transfer etdi
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
Qurban Qurbanovdan “Tvente” ilə oyun öncəsi açıqlamalar
"Sabah Ulduzları": 6-cı turda 3 oyun keçirildi
Çempionlar Liqasının yeni topu - Şəkil
“Neftçi” Kurçi ilə yolları ayırdı
“Sabah” artıq 20 milyon avrodan çox qazanıb
Bu da püşkatmada "Sabah"ın səbəti və mümkün rəqibləri
"Sumayıt", "Ulduz" və "Sabah"dan qələbə
Prezident "Sabah"ı təbrik etdi
Prosineçki 4 oyun sonra istefaya göndərildi
"Real", "Çelsi", kim gəlir gəlsin" - Tellur Mütəllimov
Bu pankart diqqət çəkdi - Şəkil
“Sabah”dan ilklər və rekordlar
Azərbaycan UEFA reytinqində irəlilədi
Rahim Sterlinq saxlanıldı: İki il həbs cəzası ala bilər
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
Polşa millisinin qapıçısı rəsmən "Yuventus"da
Avropanın o tayından “Sabah”a təbrik
ÇL: Liqa mərhələsinin 32 iştirakçısı
Tahir Gözel də “Sabah”ı təbrik etdi
"Sabah"ı Liqa mərhələsinə aparan zəfər - Video
AFFA prezidenti "Sabah"ı təbrik etdi