Medianın İnkişafı Agentliyinin layihəsi
Qış hazırlığının 2-ci mərhələsi üçün Türkiyənin Antalya şəhərinə yollanan “Qarabağ”ın heyətində 15 yaşlı futbolçu Əli Bəşirov da var. Yaşının az olmasına baxmayaraq, hücumameyilli yarımmüdafiəçi öz potensialı ilə baş məşqçi Qurban Qurbanovun da diqqətini cəlb edib.
"Qarabağ" Futbol Akademiyasının meneceri Nail Kərimovun sözlərinə görə, Əli onların ən perspektivli futbolçularından biri sayılır:
“Səhv etmirəmsə, 8-9 yaşlarından “Qarabağ”dadır. Əvvəl qısa bir müddətdə hansısa ödənişli məktəbdə olub, oradan “Qarabağ”a keçib. İndiyə qədər akademiyamızın aşağı yaş qruplarında çıxış edib. Adətən özündən 1-2 yaş böyüklərlə oynayıb. Son mövsümdə daha çox U-19 komandamızın heyətindədir. UEFA Gənclər Liqasında “Çelsi”yə qarşı oynayıb. Başqa bir neçə oyunda da komanda ilə birlikdə olub. Tələsmədən, ehtiyatla yetişdirib əsas komandaya çatdırmağa çalışdığımız oyunçulardandır. Kifayət yaxşı yaxşı və maraqlı futbolçu keyifiyyətləri var. Hər iki ayağı işləkdir. Hansı ayağının daha üstün olduğunu seçmək mümkün deyil. Vinger və “10 nömrə” oynaya bilir. Ola bilər ki, gələcəkdə başqa mövqelərdə də oynamaq ehtimalı olsun. Həm istedadı, həm də inzitamı və əxlaqı ilə seçilən uşaqlarımızdan biridir. Orta məktəb təhsili də çox yaxşıdır. Bakının ən yaxşı məktəblərindən birində təhsil alır.

Nail Kərimov
Bizdə belə bir tərz var ki, gənc futbolçularımız mütəmadi olaraq əsas komandanın məşqlərinə qoşulurlar. Ona görə də əsas komandanın məşqçilər korpusunun istedadlı futbolçularımızla bağlı daimi məlumatı olur. Əli də bir neçə dəfə əsas komandaya qoşulmuşdu. Qış toplanışından əvvəl akademiyamızın koordinatoru Aftandil Hacıyev istedadlı futbolçular sırasında Əli Bəşirovun da adını çəkib. Qurban Qurbanov da onu izləyib və toplanışa dəvət edib”.
“Qarabağ” rəsmisi deyib ki, Əlidən başqa, Antalya toplanışına əvəzedici komandadan Bəhruz Qurbanlı (19 yaş) da aparılıb: “Bəhruz uşaq futbolunu “Qarabağ”da keçib, sonra bir müddət ayrılmışdı. Bu mövsümün əvvəlində qayıtdı. Biz də məmnuniyyətlə qapılarımızı ona açdıq. İstedadlı hücumçu oyun keyfiyyəti ilə seçildiyinə görə əsas komandaya cəlb edildi. Son iki ildə rəsmi olaraq iki futbolçu əsas komandada debüt edib. Hikmət Cəbrayılzadə və Amin Rzayev. Onlardan əvvəlki sonuncu debüt 2022-ci ildə Nəriman Axundzadədə olub”.
N.Kərimov qeyd edib ki, gənc futbolçuların adlarının çox çəkilməsinin tərəfdarı deyil. O, bunun futbolçuya müsbət təsir göstərmədiyini bildirib: “Biz daha çox istərdik ki, futbolçular əsas komandaya sakit formada gedib çıxsınlar. Amma istər-istəməz 1-2 gündür sosial şəbəkələrdə Əli Bəşirovun əsas komandaya cəlb edilməsi qarşıma çıxır”
N.Kərimov bundan sonra da əsas komandaya göndəriləcək futbolçularının olduğunu vurğulayıb: “Əlbəttə ki, belə futbolçularımız yenə olacaq. Hansı ki, onlara digər klublardan da maraq var. Amma hələ ki, qərar verməkdə tələsmirik. Adın çəkmədiyim bir neçə futbolçular da var. Hansı ki, onlar yay toplanışında əsas komanda ilə birgə olublar. Bundan başqa, əsas komandanın məşlərinə qoşulurlar. Biz klub olaraq onların heç birinin adını çəkmək istəmirik. Çünki onlar adlarını özləri göstərməlidir. Ətraflarında olan ajiotaj bəlkə də onlara müsbət yox, məni təsir göstərir”.
Həmsöhbətimiz onu da bildirib ki, “Qarabağ”ın əsas komandasına düşmək çətin olsa da, yaxın keçmişdə belə nümunələr var və bu, gənc oyunçular üçün yaxşı bir motivasiyadır: “Hələ adın çəkdiyim futbolçulardan heç birinin əsas komandada möhkəmləndiyini demək istəmərəm. Buna vaxt lazımdır. Hamı bilir ki, “Qarabağ”ın əsas komandasında möhkəmlənmək necə çətindir. Bu ələkdən kim keçə biləcəksə, tək meydanda yox, meydandan kənardakı davranışları ilə də bərkiyib futbolçu olacaqlar.
Bu gün “Qarabağ”ın əsas heyətində oynayan Elvin Cəfərquliyev, Nəriman Axundzadə, Toral Bayramov və Musa Qurbanlı uşaq futbolundan böyük futboluna keçidi “Qarabağ”da ediblər. Yəni bəzisi bir neçə il, bəzisi isə qısa müddət də olsa, “Qarabağ”ın akademiya yolunu keçdikdən sonra əsas komandaya cəlb edilib. Bu, o deməkdir ki, çətin olsa da, mümkündür. Yəni gənc futbolçular üçün yaxşı bir nümunədir. Onların gözü qorxmamalıdır. Düşünməlidirlər ki, əsas komandaya düşmək də olur, orada bərkimək də. Hətta ən çətin olan hücumçu mövqeyinə də düşmək şansın var. Daim çalışanlar üçün qapıların açıq olduğunu hamı görür”.
N.Kərimov əsas komandaya cəlb edilən yeni oyunçuların perspektivli və çox şanslı olduğunu da əlavə edib: “Onların istedadına heç bir şübhə yoxdur. Onların “Qarabağ” kimi klubun əsas komandasına düşmək və Qurban Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunun əlinin altında yetişmək imkanları var. Məncə, gənc futbolçu üçün bundan böyük şans ola bilməz”.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Simeonedən qələbə şərhi
Azərbaycan millisi Andorraya qalib gəldi
Klub prezidenti sarı-qırmızı kartların ləğvini təklif etdi
"Mançester Siti" 16 yaşlı futbolçu üçün hərəkətə keçdi
Messinin baş məşqçisi istefa verdi
Klubla bağlı bütün paylaşımlarını sildi
"İnanırıq ki, bu dəfə hakim nəticəyə təsir etməyəcək"
Premyer Liqa klubları onu hədəfə aldı
Ən çox oyun şansı qazanan gənc oyunçular kimlərdir?
Millimizin Avropa çempionatı üçün heyəti bəlli oldu
U-13 Liqasında pley-offun püşkü atıldı
Almaniya klubu türkiyəli futbolçu ilə yeni müqavilə imzaladı
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
Qadın məşqçi kişi komandasını ilk məşqə çıxardı - Video
Azərbaycan millisi Çexiyaya uduzdu
“Qarabağ”dan daha bir maraqlı təşəbbüs
2-ci liqada "Ayın qolu"nun qalibi mükafatlandırıldı
UEFA "Barselona"ya rədd cavabı verdi
Mbappe: "Real"da oynamaq Tanrının hədiyyəsidir"
"Milan"dan Fülkruq qərarı
"Roma"da qalacaq
"Qarabağ”dan xanım azarkeşlərə növbəti gözəl jest
Maradonanın ölümünə görə yeni məhkəmə prosesi başlayıb
"Vəziyyət düşünüldüyü qədər də ağır deyil" - 2:9-a şərh
ÇL-in oyunları bu kanallarda
Azərbaycan millisinin heyətində dəyişiklik
Ronaldo daha 4 il oynaya bilər - Özü açıqladı
"Qəbələ" legioneri ilə müqaviləni uzatdı
“Azərlotereya” çempion axtarır!
Juninyo Meksikada növbəti qolunu vurdu - Video
Burak Yılmaz od püskürdü, istefa verdi
"Qarabağ"da meydandan kənarda da lider olmuşam" - Almeyda
Dünya çempionatına Keyruşla gedirlər - Rəsmi
“Mançester Yunayted” öz meydanında məğlub oldu
“Fiorentina” “Latsio”ya qalib gəldi
Vüsal oynadı, komandası uduzdu
Superliqada 29-cu tura yekun vuruldu
Millinin oyunçusu sıradan çıxdı