Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycanda idman könüllüləri və azarkeşləri mövzusunda əhəmiyyətli işlər görən qurumlardan biri "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyidir.
Sözügedən birlik 2022-ci ildə yaradılıb. Artıq 3 ildən çoxdur ki, fəaliyyət göstərən birliyin üzvləri isə əsasən gənclərdən ibarətdir. "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyi ölkəmizdə keçirilən önəmli turnirlərdə həm könüllüləri, həm də azarkeş qrupu ilə ön plana çıxmağı bacarır.
Bugünkü mövzumuz da məhz azarkeş birliyinə və onların idmançılara təsirinə həsr olunub. Həmsöhbətimiz isə "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Atanur Cəfərlidir.
O, əvvəlcə gənclərin idman yarışlarına marağının çox böyük olduğunu bildirib: "Məqsədimiz Azərbaycanda idmanın kütləviliyinin artırılmasına dəstək vermək və gənclərin asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdir. Bildiyiniz kimi, ölkəmiz bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Biz də bu yarışlar üçün könüllülərimizdən çoxlu müraciətlər alırıq. Onlar bu yarışların təşkilində birbaşa iştirak etmək istəyirlər. Könüllülərimizi bu proseslərə cəlb etmək üçün öz bazamızı genişləndiririk. Üzv olmaq istəyən hər kəs müsahibə mərhələmizdən keçməlidir. Bundan sonra bizim sıralarımıza qoşula bilirlər. Onu da qeyd edim ki, getdikcə sayımız artır. İnanıram ki, gələcəkdə sayımız artıq minlərlə nəfər olacaq. Ən çox maraq göstərilən idman növü futboldur. Daha çox "Qarabağ"ın avrokuboklardakı oyunları üçün müraciətlər daxil olur. Digər idman növlərindən isə güləş və cüdonun adını çəkə bilərəm".
A.Cəfərli bu sahədə gördükləri işlərdən danışıb:
"Biz Gənclər və İdman Nazirliyi ilə daim əməkdaşlıq aparırıq. Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının əksəriyyəti ilə müqaviləmiz var. Gənclərimiz həmin federasiyaların yarışlarının təşkilində bilavasitə könüllü olurlar və ya ölkəmizdə təşkil olunan beynəlxalq yarışlarda idmançılarımızı dəstəkləmək üçün azarkeş qrupu kimi fəaliyyət göstərirlər".

Atanur Cəfərli
Həmsöhbətimiz qeyd edib ki, 3 il ərzində demək olar ki, ölkəmizdə keçirilən bütün beynəlxalq yarışların təşkilində könüllü və ya azarkeş kimi iştirak ediblər:
"İndiyədək o qədər idman yarışında könüllü və azarkeş olmuşuq ki... Dəqiq say deyə bilməyəcəyəm. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq idman turnirlərində Azərbaycanı təmsil edən idmançıları dəstəkləmək üçün səfərlər etmişik. Konyadakı İslam Həmrəyliyi Oyunlarını, Polşadakı Avropa Oyunlarını, Parisdəki Yay Olimpiya Oyunlarını və Serbiyadakı yeniyetmələr arasında gimnaziadanı misal çəkə bilərəm".
A.Cəfərli qeyd edib ki, gənclərin idman könüllüsü olmasında bir çox həvəsləndirici məqam var:
“Bunlardan birincisi sosiallaşmaqdır. Onlar istəyirlər ki, bizim kimi könüllü təşkilatlarında fəaliyyət göstərərək yeni tanışlıqlar, dostluq əlaqələri qursunlar. İdman könüllüsü olaraq komanda işi və s. şəxsi bacarıqlarını inkişaf etdirmək üçün bizə qoşulurlar. Əlavə olaraq onlar həm də ölkəmizə gələn idmançıları görmək fürsəti əldə edirlər. Məsələn, bu mövzuda "Qarabağ"ın oyunları, cüdo, güləş çempionatlarını misal çəkmək mümkündür".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib