"Belə taktiki gedişləri əvvəlcədən planlaşdırırıq" - Rəşad Sadıqov

"Belə taktiki gedişləri əvvəlcədən planlaşdırırıq" - Rəşad Sadıqov
PREMYER LİQA 7 Noyabr 2026 / 21:35 172
-  A +

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 11-ci turu çərçivəsində "Qəbələ"yə qalib gəldikləri matçı (2:1) şərh edib.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Oyuna çox yaxşı başladıq və erkən qol vurduq. Bundan sonra üstünlük rəqibə keçdi. “Qəbələ” ilk hissənin sonuna qədər aqressiv pressinq tətbiq etdi və bu, oyunumuzu qurmağa mane oldu. Fasilədən sonra vəziyyət dəyişdi, tədricən üstünlüyü ələ aldıq. 60-cı dəqiqədən etibarən meydanda görmək istədiyim “Zirə” var idi. Çoxsaylı hücumlar təşkil etsək də, rəqibin müdafiəsini yarmaq asan deyildi. Yeton Bekirinin gəlişindən sonra “Qəbələ”də irəliləyiş hiss olunur. Bizi çətin oyun gözlədiyini bilirdik. Davit Volkovun yaxşı qol imkanı oldu. Sonda isə Vierinya və Kris Diqbeunun kombinasiyası sayəsində qələbə qolunu vurduq. Vacib 3 xal qazandıq".

- Elçin Əlicanovun start heyətində yer alması, Vierinya və Kris Diqbeunun isə sonradan meydana çıxması əvvəlcədən planlaşdırılmışdı?

- Bəli. Oyuna 4-2-3-1 sistemi ilə hazırlaşmışdıq. İsmayıl İbrahimli və İssa Cibrilla əsas heyətdə başlamalı idi. Lakin hər ikisi iki gün əvvəl zədələndiyi üçün beşli müdafiə sisteminə keçməyə məcbur olduq. İkinci hissənin daha vacib olacağını düşünərək Krislə Vierinyanı ehtiyatda saxladıq. Belə taktiki gedişləri əvvəlcədən planlaşdırırıq, amma onların uğurlu alınacağına heç vaxt tam zəmanət yoxdur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner