Vinisiusun “Real”də oyun vaxtı azalıb

Vinisiusun “Real”də oyun vaxtı azalıb
DÜNYA FUTBOLU 7 Noyabr 2026 / 21:03 84
-  A +

“Real”ın hücumçusu Vinisius Junior bu mövsüm əvvəlki illə müqayisədə daha az meydanda qalır.

QOL.az xəbər verir ki, “AS” nəşrinin məlumatına görə, braziliyalı futbolçu hazırkı baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında ötən mövsümlə müqayisədə hər oyunda orta hesabla 12 dəqiqə az oynayır.

Vinisius bu mövsüm indiyədək 801 dəqiqə meydanda olub. Ötən mövsümün eyni dövründə isə bu göstərici 1284 dəqiqə təşkil edib.

Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 12 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Daha əvvəl klub rəhbərliyinin ona formasını bərpa etmək üçün bir ay vaxt verdiyi, əks halda ehtiyatda qala biləcəyi bildirilmişdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner