“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri

“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
PREMYER LİQA 7 Noyabr 2026 / 21:17 136
-  A +

“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə məğlub olduqları matç (1:2) barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Oyunun böyük hissəsi bizim üçün yaxşı keçdi. Son 20 dəqiqədə fiziki cəhətdən çətinlik çəkdik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçini pis hiss etdirir. Qolu vuran futbolçunun ətrafında 5 oyunçumuz var idi, amma ona mane ola bilmədilər. Amma futbolda belə hallar olur".

- Hücumçularınız son məqamda düzgün qərarlar verə bilmirlər. Bunun səbəbi nədir?

- Hücum xəttində çatışmazlıqlarımızın olduğunu qəbul edirəm. Qol vurmaqda çətinlik çəkirik. Vəziyyəti dəyişmək üçün vaxtımız var.

- Eşqin Əhmədov ilk dəfə milli komandaya dəvət alıb. Onun bu uğurunda sizin nə qədər payınız var?

- Eşqini təbrik edirəm. O, keyfiyyətli futbolçudur və uzun müddətdir bu klubda çıxış edir. Onun bu səviyyəyə çatmasında bir çox məşqçinin əməyi var.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner