“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”la heç-heçə etdikləri matçı (2:2) şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Dinamik oyun keçdi. Çoxsaylı qol epizodları yaratdıq, 2 qol vurduq, fərdi səhvlərdən isə 2 top buraxdıq. Oyunumuzda və inkişafımızda irəliləyiş göz qabağındadır. Yəqin ki, hakimlikdən danışacağımı gözləyirsiniz. Bu barədə danışmağa məcburam. Ötən tur qapımıza təyin olunan penalti qərarının yanlış olduğunu Rəhim Həsənov da təsdiqlədi. Bu matçda baş verənlər də göz qabağında idi. İlk qolumuz zamanı Əliyar Ağayev fit çaldı. Halbuki epizodun sonadək davam etməsinə imkan verə bilərdi. Xırda fol epizodlarında da üstünlük rəqibə verilirdi. Rəqib futbolçu özü topun əlinə dəydiyini etiraf edir, hakimlər isə bunun əl deyil, çiyin olduğunu bildirirlər. Təmiz qolumuzu da qeydə almırlar. Ögey münasibətlə üzləşmək istəmirəm. Futbolçular əziyyət çəkirlər. Son iki oyunda baş verənlər nəticəsində 4 xalımız əlimizdən alınıb. Bunu açıq deməkdən çəkinmirəm".
- Komandanız hər oyuna yaxşı başlayır, lakin sonda ya məğlub olur, ya da heç-heçə edir. Bunun səbəbi nədir?
- Sadə qollar buraxırıq. Artıq bir neçə oyundur ki, bu hal təkrarlanır. Bunun üzərində işləyirik. Beş yerli futbolçu ilə oynayırıq. Heyətimizdə ötən mövsüm 1-ci Liqada çıxış etmiş oyunçular da var. Bəzi səbəbləri mətbuatda açıqlamaq mümkün deyil. Amma bu vəziyyət bizi narahat edir.
- Mətbuatda futbolçuların bir neçə aydır maaş almadığı barədə xəbərlər yayılıb. Bu məlumatlar nə dərəcədə doğrudur?
- Maaşlar tam şəkildə ödənilib. Bəli, müəyyən gecikmə olmuşdu və bununla bağlı futbolçulara məlumat verilmişdi. Yeni komandayıq, bəzi oyunçuların hesablarının açılmasında gecikmə yaranmışdı. Hazırda klubun heç kimə borcu yoxdur.
- Sadə qollar buraxmağınızın səbəbi heyətdə təcrübəli müdafiəçinin olmaması ola bilər?
- Büdcəmizə uyğun çox yaxşı komanda qurmuşuq. Mövsümün əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra bəzi legionerlərimizlə bağlı müzakirələr gedirdi. Onlardan biri də Bafode Dansokodur. Artıq iki turdur ki, çox yaxşı futbol oynayır. Müdafiəçilərimizin çıxışından ümumilikdə narazı deyiləm. Sadəcə, qol epizodlarına qədər müəyyən səhvlərə yol veririk və bunlar qolla nəticələnir. Hazırda transferlə bağlı addım atmaq imkanımız yoxdur. Mövcud futbolçularla işləyərək problemləri həll etməliyik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı