"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Zirə"yə 5:1 hesabı ilə qalib gəldikləri görüşlə bağlı fikirlərini bölüşüb.
Qol.az-ın müxbirinin məlumatına görə, F.Nəcəfov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Belə asan qələbə qazanacağımızı gözləmirdim. Uşaqlar sonadək istədiyimiz oyunu nümayiş etdirdilər. Özümüzə növbəti mərhələdə uğurlar arzu edirəm. Hesabın belə böyük olmasının səbəbi futbolçularımızın istəkli olmasından irəli gəlirdi. Neçə oyun idi ki, qol imkanlarından istifadə edə bilmirdik.
- Bu gün görmək istədiyiniz əsl "Qəbələ"nin meydanda olduğunu söyləyə bilərik?
- Hələ də çatışmazlıqlar var. Bunu görmək üçün mütəxəssis olmaq lazım deyil. Tədricən ideala komandaya yaxınlaşırıq.
- Rəşad Eyubov artıq ikinci oyundur ki, qol vurur. Onun oyunu sizi nə dərəcədə razı salır?
- Əsas odur ki, baş məşqçi ondan razı qalsın. İnanıram ki, məşqçi ondan istədiklərini ala bilir.
- Klubda sanki canlanma hiss olunur...
- Bu, hər zaman baş verir.
- Bugünkü qarşılaşma zamanı azarkeşlər Cavid Hüseynovun ad gününü də unutmadılar...
- Bu gün Cavid Hüseynovun ad günü idi. O, azarkeşlərin yaddaşında qalıb. İnanırıq ki, yaxın günlərdə günahsız olduğu sübuta yetiriləcək və Cavid azadlığa çıxacaq.
- Yarımfinalda hansı rəqibi arzulayırsız?
- Bunun artıq heç bir fərqi yoxdur. Əgər kuboku qazanmağı qarşımıza məqsəd qoymuşuqsa, rəqibin kimliyi bizi maraqlandırmamalıdır.
- Sizcə, avrokuboklara gedən yol kuboku qazanmaqdan keçir?
- Biz çempionluqla yanaşı, kuboku da qazanmaq istəyirik. Hər iki cəbhədə mübarizəni davam etdiririk. Bunun üçün öz oyunumuzu oynamalıyıq.
- Bəs, bu dəfə avrokuboklarda hədəfiniz nə olacaq?
- Hədəfimiz dəyişməz olaraq qalır. Yenə qrup mərhələsinə düşməyə çalışacağıq. Düzdür, bu, Azərbaycan futbolunda artıq 4 dəfə baş verib. Ancaq biz bunu davamlı etməliyik. Bu gün reallıq budur ki, Avroliqada yarımfinala qədər irəliləməyə gücümüz yoxdur. Amma qrupa düşə bilirik. Bu, ölkəmiz üçün çox vacibdir. 10 il bundan öncə futbolumuzda belə inkişaf yox idi. Zamana ehtiyacımız var. Bir-iki il öncə Premyer Liqadakı rəqabət daha güclü idi. Bu gün vəziyyətin belə olmasının səbəbini də hamımız bilirik.
- Yayda "Qəbələ"də daha səviyyəli legionerlər görə bilərik?
- "Qəbələ" az müddət ərzində yaxşı futbolçuları dəvət etməyə çalışıb. Marat İzmayılov, Aleksey Qayı buna misal çəkmək olar. Bu gün 20-21 yaşlı əcnəbi gənc ulduzların Azərbaycan çempionatında çıxış edəcəyi reallıqdan uzaqdır. Ancaq çalışırıq ki, sistemimizə, məşqçinin istəyinə uyğun olan futbolçunu heyətə cəlb edək.
Ergun SEYİD
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video