“Kəpəz”in müdafiəçisi Tərlan Quliyevin Qol.az saytına müsahibə verib.
- Çempionatın son turunda səfərdə “Rəvan”a 3:1 hesablı qalib gəldiniz. Eyni zamanda cari mövsüm Premyer Liqada ilk böyükhesablı səfər qələbəsinə sevindiniz...
- Qələbə elə də asan başa gəlmədi. Əksinə çətin oyun oldu. Xüsusən də matçın ilk hissəsi ağır keçdi. Amma bunu əvvəlcədən bilirdik. Çünki "Rəvan” döyüşkən komandadır. Əbəs yerə kubokda "İnter”ə qalib gəlmədilər. Amma biz bu matça yaxşı hazırlaşmışdıq və diqqətli oynadıq. Düzdür, 3-cü qolu tez vurduq deyə komandada bir qədər boşluq yarandı. Əsas odur ki, oyun istədiyimiz kimi başa çatdı.
- "Rəvan” dişinizə görə rəqib idi?
- Biz “Qarabağ”, “Qəbələ” kimi komanda deyilik ki, AZAL-a, "Rəvan”a yuxarıdan aşağı baxaq. Buna ixtiyarımız da yoxdur. Yeni yaranmış komandayıq və futbolçularımız da gənclərdən ibarətdir. Fikrimcə "Rəvan” dişimizə görə komanda idi.
- Turnir cədvəlinə baxanda elə də pis mövqedə qərarlaşmamısınız. Səncə, çempionatın sonuna doğru “Kəpəz” hansı uğuru əldə edə bilər?
- Çox istərdik ki, turnir cədvəlində yaxşı mövqedə qərarlaşaq və avrokuboklara qatılaq. Amma Avropa Liqasına vəsiqə qazanmağa 6-7 komanda namizəddir. Kim güclüdürsə, kimin bəxti gətirəcəksə, o da Avroliqaya gedəcək. Biz də bunun üçün tər tökəcəyik. Şansımız yüksəkdir. İkinci dövrədə yaxşı futbol sərgiləyirik. "Qarabağ” və "İnter”ə məğlub olduğumuz matçlarda da asanlıqla tabe olmamışıq. Hətta deyərdim ki, “Qarabağ”la oyunda onların bəxti gətirdi, qələbə qazandılar. Önümüzdəki oyunlarda maksimum nəticələr əldə etməliyik.
- Çempionata hazırlıqlarınızı Bakıda və Yevlaxda keçirirsiniz. Bu, sizdə yol yorğunluğu yaratmır?
- Açığı, yorğunluq olur. Bazamızın olmaması bizə çətinlik yaradır. Amma indiki vəizyyətdə yorğunluğu nəzərə almırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırq.
- Oyununda sanki Rəşad Sadıqov üslubu var. Bu nədən irəli gəlir?
- Bunu mənə çox adam deyib. Amma mənim məqsədim özümü Rəşad Sadıqova bənzətmək deyil. Düzdür, mən Rəşada hörmətlə yanaşıram və onun oynadığı futbol göz qabağındadır. Ondan nəsə öyrənmək olar. Necə ki, onun təcrübəsindən yararlanıram da. "Qarabağ”da olanda ondan məsləhət alırdım. Amma niyyətim özümü Rəşad Sadıqov kimi aparmaq deyil. Hamı mənim xasiyyətimi bilir və meydanda nə qədər istəkli olduğuma bələddir.
- Rəşadın davamçısı olmaq necə, istəyirsənmi?
- Əlbəttə, istəyərəm.
- Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu oyundan sonra paltardəyişmə otağına gələrək sizə nə dedi?
- Aylıq maaşımızda 1 həftə gecikmə olmuşdu. Mikayıl Nərimanoğlu bizə bildirdi ki, rəhbərlik hazırda xaricdədir, onların gəlişindən sonra maaşlarımız veriləcək.
- Növbəti turda "Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Cənub klubuna qarşı oyun haqda nə deyə bilərsiniz?
- "Xəzər Lənkəran” yaxşı komandadır. Çempionatda asan rəqib yoxdur. Oyuna qələbə qazanmaq üçün çıxacağıq.
Ergün SEYİD
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı