“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin Qol.az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 24-cü turunda “Zirə”yə qalib gəldiniz. Görüş haqda fikirlərini bilmək istərdik.
- “Zirə”nin çempionatda göstərdiyi oyunlar göz qabağındadır. Olduqca çətin komandadır. Düşünürəm ki, çox ağır bir oyundan 3 xal qazandıq və yolumuza davam edirik.
- Nəzərə alsaq ki, “Zirə” Premyer Liqaya bu il yüksəlib və yaxşı nəticələr əldə edir, bu klubun cari mövsümdəki çıxışı sizi təəccübləndirirmi?
- I diviziondan gəldikləri üçün mövsümün əvvəlində onların belə çıxış etməyi təəccüblü gəlirdi. Amma “Zirə”nin uğurlu oyunları davamlı olduğu üçün onlar burada qeyri-adi bir şey olmadığını göstərir. Bu artıq bir faktdır ki, “Zirə” həqiqətən də yaxşı komandadır.
- Çempionat başlayanda ağlınızdan keçərdimi ki, çempionluq uğrunda əsas rəqiblərinizdən biri “Zirə” olacaq?
- Yəqin ki, bu heç kimin ağlına gəlməzdi. Amma fakt odur ki, “Zirə” Premyer Liqada uğur qazana bildi və yaxşı komanda şəklində formalaşmağı bacardı.
- Səncə, bu qələbə “Qarabağ”ı çempionluğa nə qədər yaxınlaşdırdı?
- Bu oyunda 3 xal qazanmağımız vacib idi. Çünki “Zirə” əsas rəqiblərimizdən biridir. Bu qələbənin çempionluq üçün yetərli olduğunu düşünmürəm. Qarşıda çox oyunlarımız var. Həmin qarşılaşmalardan maksimum nəticələrlə ayrılmalıyıq.
- Mövsümün sonunda müqavilən başa çatır. “Qarabağ”la yeni müqavilə imzalamaq fikrin varmı?
- Hazırda bütün fikrimi “Qarabağ”ın oyunlarına, işimə yönəltmişəm. Hər oyunda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Müqavilə ilə bağlı danışmaq üçün qarşıda çox vaxtımız var.
- Ümumiyyətlə, karyeranı “Qarabağ”da başa vurmağın mümkündürmü?
- Artıq 6 ildi buradayam. Təzə gələndə bu ağlıma gəlməzdi. Amma indi düşünürəm ki, niyə də olmasın?
- Geridə qalan 6 ildə Azərbaycanda nə qazanmısan?
- "Qarabağ"da qazandıqlarımı saymağa başlasam, gərək sabaha qədər danışaq.
- Yayda keçiriləcək “Avro-2016”nın final mərhələsində Albaniya yığması ilə sən də iştirak edəcəksən. Azərbaycanda final mərhələsində oynayan yeganə futbolçu olacaqsan.
- Buna görə klubum və öz adıma fəxr edirəm. Elə bayaq qeyd etdiyim 6 ilin ən yaxşı göstəricilərindən biri də budur. “Qarabağ”ı bu çempionatda təmsil etdiyim üçün çox şadam.
- Albaniya futbolu klub səviyyəsində Azərbaycandan heç də irəlidə deyil. Səncə, niyə ölkənin qazandığı uğura Azərbaycan yığması nail ola bilmir?
- Bizim milli komandada oynayanların böyük əksəriyyəti ölkə xaricində yaşayanlardır. Onların çoxu İsveçrədə, Almaniyada, İtaliyada böyüyüb, orada futbol oynayıblar. Axtarsanız, görərsiniz ki, millinin heyətində Albaniya Super Liqasında oynayan 2-3 futbolçu var. Bizim ən böyük üstünlüyümüz bundadır.
Ergün SEYİD
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video