"Rəvan"ın futbolçusu Nuran Qurbanov Azərbaycan kubokunun ilk 1/4 finalında “İnter”ə qalib gəldikləri oyundan (2:1) sonra Qol.az saytına müsahibə verib.
- Çox çətin oldu. Meydana yaxşı motivasiya ilə çıxmışdıq. Uduzacağımızı fikirləşmirdik. Buna görə də qələbə qazandıq. "Rəvan" tarixində ilk dəfədir ki, "İnter"i udur.
- Bu oyunda baxımlı qol da vura bildin.
- Bəli, komandamın qələbə qazanmasında pay sahibi olduğum üçün çox sevincliyəm.
- Mərhələ adlamaq şanslarınızı necə qiymətləndirirsən?
- Futboldur, hər şey ola bilər. Hazırlaşmaq lazımdır. Komandada vəziyyət yaxşı deyil, öz adımıza görə oynayırıq. Çalışırıq ki, burada nəsə edib başqa komandalara gedək.
- Vəziyyətin yaxşı olmadığını dedikdə, nəyi nəzərdə tutursan?
- Şəraitimiz elə də yaxşı deyil. Yenə rəhbərlik əlindən gələni edir. Bundan artığını edə bilmirlər. Vəziyyət ürəkaçan deyil. Biz də çalışırıq ki, oynayaq, qələbə qazanaq, "Rəvan" adına nəsə edək.
- Maaşlarınızı ala bilirsiniz?
- Maaş o qədər də yüksək deyil ki, nəsə alaq. Adi vətəndaşın aldığı maaş qədərdir.
- Deməli, "Rəvan"da qalmağınıza səbəb daha yaxşı klublara getməkdir?
- Bəli, fikrimiz də odur. Təkcə mənim yox, bütün futbolçuların məqsədi budur. "Rəvan"da vəziyyət yaxşı olsa, qalarıq. Əks halda əlimizdən gələni edib, yayda başqa komandalara getmək istəyirik. Məşqlərdə və oyunlarda özümüzü göstərməyə çalışırıq.
- Belə başa düşdüm ki, yayda "Rəvan"dan ayrılmağı düşünürsən.
- Böyük ehtimalla ayrılacam. Çünki mənim “Rəvan”la müqaviləm 6 aylıqdır.
- Oyunlara start heyətində daxil ola bilmirsən. Adətən ikinci hissədə meydana daxil olursan. Bunu nə ilə əlaqələndirərdin?
- Bir az çətin sual verdiniz . Bu baş məşqçinin qərarıdır.
- Özündə 90 dəqiqə oynayacaq güc hiss edirsən?
- Mən hər zaman oynamağa hazıram. Sadəcə, baş məşqçi meydana buraxmır.
- "Bakı" Premyer Liqaya qayıtsa, sən də qayıdarsan?
- Əlbəttə. Ötən il "Bakı"da oynayanda deyirdilər ki, maliyyə problemi var. Mən "Bakı"ya yayda keçmişdim. 8 ay maaş aldım. Çətin vəziyyətlə əlaqədar 2 ayın pulunu ala bilmədim. Bu da normal bir şeydir. Orada aldığım məvacib 2800 manat və ya həmin vaxtın kursu ilə 3500 dollar idi. 5-6 futbolçu bu qədər alırdı. Qalanları da 1000-1500 manat civarında idi. Hamı 8 ay ərzində pulunu aldı. Əvvəllər klubun kimlərə borcunun olduğunu isə deyə bilmərəm.
- Danışıq apardığın klub var?
- Yox, hələ belə bir klub yoxur. Yayı gözləyirəm.
Ergün SEYİD
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”