Bakının "İnter" klubunun kapitanı Nizami Hacıyev Azərbaycan kubokunun 1/4 finalında "Rəvan"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra Qol.az saytına müsahibə verib.
- "Rəvan"a gözlənilmədən məğlub oldunuz. Əksəriyyət isə bu klubu sizin üçün asan rəqib hesab edirdi.
- Deməzdim ki, asan rəqib idi. Sadəcə, bir az bəxtimiz gətirmədi. 6-7 real qol epizodumuz oldu ki, bunlardan 3-dən mən yararlana bilmədim. Bir az narahatlığımız var. Kubok matçında məğlub olmuşuq. Ancaq heç nə bitməyib. Öz meydanımızda minimal hesablı qələbə növbəti mərhələyə çıxmaq üçün bizə yetərlidir. İnanıram ki, cavab matçında işimizin öhdəsindən gələ biləcəyik. "Rəvan"ı qələbə münasibətilə təbrik edirəm. Düzdür, bir az vaxtı gecikdirirdilər, istər-istəməz futbolçuların əsəbləri ilə oynayırdılar. Amma hər komanda, hər futbolçu qalib gəlmək istəyir. Qarşıda cavab oyunu var. Bu görüşdə hər şeyə aydınlıq gələcək
- Demək olar ki, son zamanlar komandanın əsas məsuliyyəti sənin üstündədir.
- Deməzdim. Çünki komandada məndən başqa futbolçular da var. Onlar da oyuna canlarını qoyur.
- Amma bir neçə oyundur ancaq sən fərqlənirsən.
- Düzdür, son zamanlarda bir neçə qol vurmuşam. Ancaq bu bütün komandanın yaratdığı imkandır ki, mən də bundan yararlana bilmişəm. Komanda mənə güvənirsə, əlimdən gələni edəcəm ki, cavab görüşü və digər oyunlarda komandama kömək edim.
- İşinin öhdəsindən layiqincə gələ bilirsən?
- "Rəvan"la oyunda gələ bilmədim. Çünki çətin oyun oldu. Üç qol epizodundan yararlana bilərdim, amma olmadı. Bu görüş həm mənim, həm də komandam üçün ağır keçdi. Ancaq heç nə bitməyib.
- "İnter"də qələbə üçün nə çatmadı?
- Son nöqtə, düzgün qərar qəbul etmək... Bir epizodda başımı topa asta vurduğum üçün alınmadı. Bəlkə də bir az möhkəm vursaydım, hesab başqa cür olardı.
- Ola bilərmi "Qarabağ"la oyunda komanda yoruldu və bu, fiziki cəhətdən çatışmazlıqlar yaratdı?
- Bir az yorğunluq var idi. "Qarabağ"la oyundan sonra mən ölkə xaricinə getmişdim. “Rəvan”la oyundan bir gün əvvəl gəlmişəm. İsrtirahət etmədən oynadım. Amma baş məşqçi mənə güvənib meydana buraxırsa, o demək deyil ki mən yorğunam və pis oynamalıyam. Meydana çıxmışamsa, hər şeyi unudub əlimdən gələni etməliyəm.
- Bəlkə kuboka elə də əhəmiyyət vermirsiniz?
- Yox, kim bunu deyirsə, tamamilə yanlışdır.
- Ancaq klub prezidenti Rəşad Qasımov kubokun o qədər də önəmli olmadığını bildirdi.
- Klub prezidenti deyirsə, onun da öz fikirləri var. Bir futbolçu kimi deyə bilərəm ki, mənim üçün həm çempionat, həm də kubok vacibdir. Hər iki cəbhədə mübarizə aparmağa hazıram. Bunun üçün də əlimdən gələni edəcəm. Bəlkə klub prezidenti başqa şeyləri düşünüb belə deyir. Ola bilsin bizim bilmədiyimiz şeylər var. Amma mən futbolçuyam. Mənim üçün kubok və çempionatın fərqi yoxdur.
- Klub prezidenti komandanın əsas gücünü çempionata qoyacağını, çempionluq üçün oynadığını deyib. Turnir cədvəlində isə “Qarabağ”dan 13,“Zirə”dən 8 xal geridəsiniz.
- Hər şey öz əlimizdədir. "Zirə" ilə qarşıda bir oyunumuz var. Üstəlik onların da bir neçə çətin oyunları qalıb. Çempionatda asan oyun yoxdur. Heç kim bizim "Rəvan"a məğlub olmağımıza inanmazdı. Ancaq bu, futboldur. Futbolun gözəlliyi də bundadır. Bəzən ağlımıza gəlməyən nəticələr olur. Hər şey qarşıdadır. Hələ çox oyunlarımız qalıb. Əlimizdən gələni edib, adımıza layiq mövqeni tutmalıyıq.
Ergün SEYİD
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı