“İnter”in yarımmüdafiəçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- Mahmud, hansı komandalardan dəvət almısan?
- Hələ real bir şey yoxdur. Buna görə də ad çəkmək istəmirəm. İnşallah yanvar ayına kimi hansı komandada oynayacağıma aydınlıq gələcək.
- Əgər hansısa klubla anlaşa bilməsən nə edəcəksən?
- Bu barədə heç düşünməmişəm. Amma inanmıram ki, Mahmud Qurbanova klub tapılmasın. Buna əmin ola bilərsiniz ki, mənimlə səviyyəli komandalar da maraqlanır. Təbii adlarını demək düzgün deyil.
- Şər deməsən, xeyir gəlməz. Özünə klub tapmasan, futbol karyerana son qoyacaqsan?
- Mənim futbol oynayacaq gücüm var, hələ qocalmamışam. İndiki gənclərdən daha gümraham. Fiziki hazırlığımdan tutmuş, taktiki hərəkətlərə kimi hər kəsi üstələyərəm. Yaxşi, əgər mənim enerjim varsa, niyə oynamayım? Məşqçi işləməyə hələ qarşıda çox vaxt var. Hazırda məncə futbol barədə düşünmük lazımdır.
- “İnter”də qalmaq fikrin var?
- Bu suala cavab vermək istəmirəm.
- “İnter” “Birlik Kuboku”nu Azərbaycana gətirə biləcək?
- Fikrimcə, bəli. Çünki rəqiblərə baxanda “İnter”in səviyyəsi daha yüksəkdir. Düzdür, Finladiya “İnter”i də çox güclü komandadır. Amma düşünürəm ki, təmsilçimiz onu üstələyə biləcək. Onun buna çatacaq gücü var
- “İnter” barədə nikbin düşünməyinizin səbəbini öyrənmək olar?
- Hər halda “İnter” Rusiyada Azərbaycanı təmsil edəcək. Hamımız bir nəfər kimi onlara dəstək olmalıyıq. Bu baxımdan onlar barədə yaxşı danışıram. Bir də bakılıların gücünə bələdəm. İnanıram ki, onlar istəsələr, “Birlik ruboku”nu Bakıya gətirə bilərlər.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı