Qol.Az-ın suallarını «Olimpik» komandasının baş məşqçisi Əsgər Abdullayev cavablandırır
- «Olimpik» birinci dövrəni 5-ci sırada tamamladı. Yəqin ki, bu nəticə sizi razı salmır. Ən azı ona görə ki, komandanız son çempionatda gümüş mükafata layiq görülüb.
- Ötən çempionat başa çatdıqdan sonra heyətdə ciddi dəyişikliklər oldu. 12-13 futbolçu ilə yollarımızı ayırdıq. Heyətə yeni oyunçular cəlb olundu. Mahir Şükürovla Leandro Qomeş isə 3-cü turdan sonra komandaya qoşuldular. Bu da yeni mövsümə hazırlığımıza öz təsiri göstərdi. UEFA kubokunda mərhələ keçə bilməməyimiz də futbolçulara psixoloji cəhətdən təsir etmişdi. Püşkə əsasən, mövsümün ilk turlarında güclü rəqiblərlə qarşılaşdıq. Amma çempionatın sonuna yaxın komanda öz oyununu tapdı. Son 6 görüşdə 16 xal yığdıq ki, bu bizi sevindirməyə bilməz. Digər iddialı klublara baxanda «Olimpik» daha az qol vurub. Bu onu göstərir ki, hücumda müəyyən çatışmazlıqlar var. Bir hücumçu və bir pleymeykerlə anlaşmaq istəyirik. Birinci dövrənin sonlarında Junivan Suaresin zədələnməsi də hücum xəttinin məhsuldarlığına təsir göstərdi. Komandadan daha yüksək nəticə gözləyirdim. Təəssüf ki, istədiyimizə nail ola bilmədik. Amma bu o demək deyil ki, çempionluq uğrunda mübarizəni dayandırmışıq. Liderdən cəmi altı xal geri qalırıq. İkinci dövrədə komandadan daha yaxşı oyun gözləyirəm.
- İki yarımmüdafiəçi Bəşir Müqədi və Yaşar Abuzərovla yollarınızı ayırdınız. Bu o deməkdir ki, orta xəttin oyunu sizi qane etmir?
- Komandanı xətlər üzrə bölməyin tərəfdarı deyiləm. Transferə çıxarılan futbolçular heç də zəif deyildilər. Ola bilər ki, komandanın tərzinə uyğunlaşa bilmədilər. Transferə yarımmüdafiəçilər çıxarılsa da, hücumçu da almaq fikrimiz var. Səviyyəli forvard və oyun qurucusu axtarışlarımızı davam etdiririk. Bu mövqeləri gücləndirməliyik.
- Müqədi və Abuzərov komandadan ayrılan sonuncu futbolçular olacaq?
- Dekabrın 20-də futbolçular bir araya gələndə bəzi oyunçularla bir daha söhbət edəcəm. Məsuliyyət hiss etməyən futbolçular komandada qalmayacaq. Demirəm ki, onların potensialı yoxdur. Amma öz işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Ola bilsin ki, komandadan gedənlərin sayı artsın.
- Mixail Xutsişvilinin də transferə çıxarılacağı gündəmdə idi. Onun məsələsi necə oldu?
- Söhbət edəcəyim futbolçulardan biri də Xutsişvilidir.
- Bir müddət öncə qeyd etmişdiniz ki, «Neftçi»dən ayrı düşən futbolçuları hər bir məşqçi öz komandasında görmək istəyər. Bu istiqamətdə hansısa iş görürsünüz?
- Bəzi futbolçularla söhbətimiz olub. Bir-iki nəfər fikrimdə var. Hələ məsələ rəsmiləşmədiyindən adlarını açıqlamaq istəmirəm. Müqavilə bağlayanda onları mətbuata təqdim edəcəyik. İndi nə isə demək, hər iki tərəfə - həm futbolçuya, həm də kluba ziyandır.
- Yenidən legioner limiti ilə bağlı məsələ müzakirə olunur. Ola bilər ki, mövsümün sonunda yenidən əcnəbi futbolçulara limit tətbiq edilsin.
- Limitin ləğv olunması milli komanda üçün zərbə idi. Amma klublara sərf edir. Əgər bir daha dəyişiklik olsa, bu, mövsümün əvvəlindən deyilməlidir ki, klublar işlərini bilsinlər. Bəzi futbolçularla 1-2 illik müqavilə bağlanır. Dəyişiklik olsa, həmin oyunçuların xidmətindən istifadə edə bilməyəcəyik. Əvvəlcədən deyilsəydi, hamı işini bilərdi, planını buna görə qurardı.
- Ötən mövsüm çoxları «Olimpik»i antifutbolda, müdafiəyə həddən artıq meyl etməkdə günahlandırırdı. Amma buna baxmayaraq, komandanız az qala çempion olacaqdı. Bu mövsüm isə sanki bundan istifadə etmirsiniz və elə bil nəticə də bir az zəifləyib.
- İndiyə kimi bilmirəm, antifutbol deyəndə nəyi nəzərdə tuturlar. «Olimpik»in birdən-birə iddialı kluba çevrilməsi çoxları üçün baş ağrısı oldu. Ona görə də komandamızı yeri gəldi, gəlmədi tənqid edirdilər. İndi Azərbaycanın qabaqcıl klubları da bu sistemlə oynayır. Amma onlar haqqında belə şey deyilmir. «Olimpik»in autsayderdən liderə çevrilməsi bəzi adamların ürəyincə deyil. Əksinə buna sevinməlidirlər ki, çempionatda rəqabət artır. Bir daha bəyan edirəm ki, «Olimpik» ikinci dövrədə də birinci yer uğrunda mübarizə aparcaq.
- Bəs çempionluq uğrunda əsas rəqibləriniz kim olacaq?
- İlk 6 pillədə qərarlaşan komandalar arasında sırf lider yoxdur. Seleksiya işini düzgün qurub, daha yaxşı transfer edənlər bu mübarizədə qalib gələ bilərlər. İkinci dövrədə «Neftçi» də güclənib liderlərə baş ağrısı olacaq.
- Yanvarın 29-dan fevralın 12-ə kimi milli komandanın təlim-məşq toplanışının keçiriləcəyi gözlənilir Bu «Olimpik»in hazırlıq planına nə dərəcədə təsir göstərəcək?
- Klubumuzdan yığma komandaya 5 futbolçu çağırılır. Onların bizimlə birgə hazırlıq keçməməsi təbii ki, komandaya təsir göstərməyə bilməz. Yəqin ki, federasiya klubları da nəzərə alar. Milli komanda hamımızındır. Hər kəs milli üçün çalışmalıdır. Həmin vaxt toplanış keçmək doğru olmazdı. Bu nə yığmaya, nə də klublara xeyir verər.
- Adətən, yığmanın məşqçiləri təlim-məşq toplanışı keçirilməsini futbolçuların fiziki hazırlığının aşağı olması ilə izah edirlər. Bunu «Olimpik»ə də şamil etmək olar?
- Mən belə düşünmürəm. Məncə, yığmada əsas zəif yer psixoloji durumun aşağı olmasıdır. Fiziki hazırlıqla bağlı normativləri isə yoxlaya bilərlər. Komandamızda bu işlə xorvatiyalı mütəxəssis məşğul olur. Sadəcə millinin baş məşqçsi ilə klubların çalışdırıcıları təmasda olmalıdırlar, daim fikir mübadiləsi aparmalıdırlar.
- Berti Foqts axırıncı dəfə sizinlə nə vaxt ünsiyyətdə olub?
- Azərbaycana təzə gələndə məşqimizə gəlmişdi. Onda bir az söhbət etdik. Ondan sonra əlaqəmiz olmayıb.
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır