Azərbaycan milli komandasının və «Karvan» klubunun hucumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- “Karvan”da işlərin necə gedir?
- Şükür Allaha, pis deyil.Komandada yaxşı futbol oynamaq üçün hər cür şərait var.
- “Qarabağ”la son oyunda aldığınız məğlubiyyətdən sonra komandanızda ab-hava necədir?
- Birinci hissədə demək olar ki, oynaya bilmədik. İkinci hissədə özümüzə gəldik, iki qol da vurduq. Ancaq son dəqiqələrdə buraxdığımız qoldan sonra məğlub olmağımız bizə bir az pis təsir etdi.
- «Karvan»da durum hansı səviyyədədir? Kovalyovla Qafutilin getmək istəyirdi.
- Ümumi vəziyyət yaxşıdır.O ki qaldı oyunçuların məsələsinə, onlar barəsində mən heç nə deyə bilmərəm. Bu işlərlə ancaq məşqçi məşğul olur.
- Müəyyən komandalarda qruplaşmalar var, bu da komandanın oyununa təsir edir.
- Bizdə bu cür problem yoxdu. Oyunçular bir yumruq kimi birləşiblər. Əgər belə olmasaydı, . bu qədər xal yığmazdıq.
- “Qarabağ” komandasının sənin həyatında nə kimi rolu olub?
- Ağdamlı olduğumdan hələ uşaq vaxtından “Qarabağ” komandasında oynamışam. 15-16 yaşımda, Şahin Diniyevin rəhbərliyi dövründə əsas heyətdə düşə bildim. İlk dəfə “Qusar”la oyunda Şahin müəllim məni 70-ci dəqiqədə meydana buraxdı, həmin görüşdə iki qol vurdum.”Qarabağ”da oynadığım zaman məni “Beşiktaş” klubunun yeniyetmələrdən ibarət komandasına dəvət etdilər, ancaq ailə problemlərimə görə gedə bilmədim.
- Peşmançılıq çəkirsən?
- Əlbəttə. Karyera baxımından nəsə itirmişəm.
- «Qarabağ»a qarşı oynayanda ağdamlı azarkeşlərin reaksiyası necə olur?
- Biz peşəkar futbolçu olaraq öz oyunumuzu oynamalıyıq. Amma mən azarkeşləri də başa düşürəm. Çox uzağa getməyək, “Qarabağ” - “Karvan” oyunundan əvvəl bəzi ağdamlı azarkeş“ deyirdi ki, Vüqar bizə qol vurma.
- Amma sən qol vurdun.
- Dedim axı, futbola peşəkar yanaşsaq, bu, qəbulolunan haldır.
- «Karvan»ın birinci dövrədəki sərgilədiyi oyunlar haqda nə söyləyə bilərsən?
- Birinci dövrəni birinci yerdə də başa vura bilərdik, imkanlarımız var idi. Əgər «Turan»la öz meydançamızda bərabərə oynamasaydıq, «İnter»ə uduzmasaydıq lider idik.
- Birinci dövrədə sənin üçün ən çətin hansı oyun oldu?
- Öz meydançamızda “Xəzər-Lənkaran»la və Salyanda “Muğan”la qarşılaşmalarımız çətin keçdi.
- Gələcək karyeran barəsində nə düşünürsən?
- Gələn yaya qədər “Karvan”la müqaviləm var. Bundan sonra əgər xarici kulublardan təklif gəlsə, gedərəm.
- “Karvan” avrokuboklara vəsiqə qazanmağı bacaracaq?
- Hə. Buna şansımız var.
- Milli komandaya uyğunlaşa bilmisən?
- Oyunçularla bir-birimizi tanıyırıq. Yalnız məşqçilər korpusu dəyişib.
- Foqtsla dil tapa bilirsən?
- Çalışıram (gülür)
- Berti Foqtsdan əvvəl Torresin və Şahin Diniyevin vaxtında da milli komandada oynamısan. Bu üç məşqçini bir-birindən fərqləndirən nədir?
- Torres gələndən sonra bizə gündəlik xərclik pulu verilməyə başladı.
- Yeniliyi təkcə bu idi?
- Yox, o, pis məşqçi deyildi. Məşqləri yaxşı keçirdi, hər şey qaydasındaydı, ancaq nəsə alınmadı.
- Bəs Şahin Diniyev haqda nə deyə bilərsən?
- Futbolçuları yönlədirməyi və həvəsləndirməyi bacarırdı.
- Berti Foqts haqda fikrin necədir?
- Foqts daha çox fiziki hazırlığa üstünlük verir, sürətli oyunçunu çox bəyənir.
- Şəxsən sənə necə münasibət bəsləyir?
- Normal. Sonuncu məşq zamanı qaçmalar var idi. Birinci cəhddə bir balaca yavaş qaçdım. Mənə dedi ki, sən bundan da sürətli qaça bilərsən. Bu sözdən həvəslənərək ikinci cəhddə sürətimi artırdım. Kimin hansı müsbət cəhəti var onları qiymətləndirir.
Şükür CAVAD
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”