Ağdamın “Qarabağ” klubunun makedoniyalı futbolçusu Artim Şakirinin Qol.Az saytına müsahibəsi
- “Qarabağ” komandasına gəlməmişdən əvvəl Azərbaycan futbolu haqqında hansısa məlumatın var idi?
- 2001-ci ildə Makedoniya millisinin heyətində Azərbaycan yığma komandası ilə yoldaşlıq oyunu çərçivəsində Bakıda olmuşdum. Bundan başqa milli komandamızın heyətində sizin ölkənizlə 2 dəfə keçirilən oyunda çıxış etmişəm.
- Azərbaycan futbolunda həmin vaxtla indiki arasında nə kimi fərq var?
- Təbii ki, müsbət mənada bir çox dəyişiklik var. Ancaq mən daha çox onu qeyd edə bilərəm ki, həmin vaxt biz Bakıdakı oyunu “Şəfa” stadionunda oynayırdıq, stadionun ot örtüyü təbii idi, indi isə süni.
- Söhbət süni meydançalardan düşmüşkən, bu cür meydanda keçirilən oyunlara münasibətiniz necədir?
- Şübhəsiz ki, belə meydanda oynamaq futbolçular üçün yaxşı hal deyil. Çünki süni ot örtüyündə oynamaq futbolçuların tez-tez zədələnməsinə səbəb olur. Məsələn, təbii ot örtüyü olan meydançada məşq edib sonra süni meydançaya oyuna çıxanda bu, futbolçuların əzəllələrinə təsir edir.
- “Qarabağ”a gəlməmişdən əvvəl bu komanda haqqında nə bilirdin?
- Azərbaycan klublarında bir çox makedoniyalı futbolçu çıxış edir. Əsasən “Neftçi” və “İnter” klublarının adını çox eşitmişdim. “Qarabağ” haqqında isə yalnız onu bilirdim ki, Avropa kuboklarında bir neçə dəfə çıxış edib.
- Hazırda komandada özünüzü necə hiss edirsiniz, kluba uyğunlaşa bilmisiniz?
- Əvvəllər hava şəraitinə uyğunlaşmaq baxımdan çətinlik çəkirdim. Avropadakı sərin dağ hava şəraitindən çıxıb Bakının istisinə düşəndə bir az problem var idi, ancaq indi hər şey yaxşıdır.
- Komandanın baş məşqçisi ilə aranızda çox da yaş fərqi yoxdur. Bu amil məşqlərdə və oyunlarda məşqçinin tapşırıqlarına əməl etmək baxımından problem yaradır?
- Baş məşqçi məndən yaşca balaca olsa da, bu, heç nəyi dəyişmir. Çünki o, məşqçidir, mən də futbolçuyam və mənim peşəkar borcum futbolçu olaraq ona tabe olmaqdır. Təbii ki, mən ona hörmət edirəm.
- Bu mövsüm gənc baş məşqçinizlə komandanız hansısa uğur əldə etməyi bacaracaq?
- İndiki zamanda bu haqda nəsə demək tez olardı. Əlbəttə, hər hansı uğur əldə etmək istəyiriksə, bunun üçün biz yaxşı oynayıb nəticə qazanmalıyiq. Çünki biz avrokuboklarda çıxış etmək istəyirik, bunun üçün də, uğurlu nəticə əldə etmək lazımdır.
- Komanda yoldaşların arasında ən yaxın münasibətdə olduğun futbolçu kimdir?
- Daha çox “Zeko” dediyimiz Zekiriyə Ramazani ilə yaxınam.Yerli futbolçulara gəldikdə isə, təbii ki, insanlar eyni deyil, amma mən istədiyim adamla dil tapmağı bacarıram. Bu gün komandada yaxşı şərait var, keçirdiyim hisslər haqda sərbəst danışa bilirəm.
- Komandada daha çox kimin oyununu bəyənirsən?
- Hamı yaxşı oynayır.
- Futbolçu karyeranı başa vurduqdan sonra nə işlə məşqul olmağı düşünürsən?
- Mən yenə də futbol dunyasında qalacam, hazırda “A” kateqoriyalı məşqçilik dərəcəm var.
- Əgər hazırkı komandanın rəhbərliyindən baş məqçi vəzifəsinə dəvət alsan, bu təklifə razılıq verərdin?
- Böyük məmnuniyyətlə qəbul edərəm.
- O zaman komandaya hansı yeniliyi gətirərdin?
- Əlbəttə, çalışardım ki, yaxşı nəticə göstərim, çünki istənilən baş məşqçi gələndə ondan nəticə gözləyirlər. İşimi elə qurardım ki, məndən tələb olunanları verə bilim, hər bir uğurun arxasında da yaxşı iş dayanır. Mən də çalışdığım işdə uğur əldə etməyə çalışaram. Buna indiyə kimi qazandığım təcrübə kömək edər.
- “Qarabağ”ın heyətində kifayət qədər yaxşı oyunçu olmasına baxmayaraq, klub sabit oyun göstərmir. Sizcə bu, nədən irəli gəlir, komandada nə çatışmır?
- Əlbəttə, turnir cədvəlindəki mövqeyimiz bizi qane etmir. Bunun da bir neçə səbəbi var. Çempionatın başlanmasına bir həftə qalmış baş məşqçi dəyişikliyi oldu. Komandaya vaxt lazım idi, oyunçuların bir-birlərinə alışmağına, məşq sistemi,oyun taktikasının dəyişməsinə uyğunlaşmaq gərək idi Bundan sonrakı oyunlarda biz ən yaxşısını etməyə çalışacağıq, maksimum çox xal toplayıb daha da ön mövqelərdə olmalıyıq. İkinci dövrədə daha yaxşı oynayacağımıza inanıram.
- Azərbaycan çempionatının məhsuldar oyunçularından olan Zaur Ramazanovun “Qarabağ”dakı zəif çıxışı nədən irəli gələ bilər?
- Mən bunu şansızlıqla əlaqəndirərdim, başqa bir mənaya yozmaq düzgün olmazdı..
- Rasim Karanın “Qarabag”dan qəfil gedişi klubda narazılıq yaratdı, sənin onun bu addımına münasibətin necədir?
- Mənim üçün çox gözlənilməz oldu, xəbəri eşidəndə şoka düşdüm.Niyə dərk elədi, nə səbəbə getdi? Artıq bunları düşünmək gecdir. Olanlar tarixə düşüb. Əlbəttə, Rasım Karanın addımını yaxşı qiymətləndirə bilmərəm. Bununla belı bu, futbolçunun həll edəcəyi problem deyil.
Şükür CAVAD
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi