“Neftçi”nin vitse-prezidenti İlqar Quluzadə Qol.Az-a müsahibə verib.
- Komanda nə vaxt bir araya gələcək?
- İyunun 1-də.
- Hazırlıq planı məlumdur? Komanda təlim-məşq toplanışını harada keçəcək?
- Hələ bu məsələ dəqiqləşməyib.
- Stefanovla Olefirin klubdan gedişinə səbəb müqavilələrinin başa çatması oldu, yoxsa...
- Hər ikisinin müqaviləsi başa çatmışdı. Baş məşqçi isə onların xidmətində maraqlı olmadığından, biz də müqavilənin müddətini uzatmadıq.
- Onlardan başqa da futbolçuların “Neftçi”ni tərk edəcəyi gözlənlir?
- Artıq daha 3 futbolçu ilə də yollarımızı ayırmışıq.
- Ali Cansunla Suat Usta komandada qalacaqlar? Son vaxtlar bəzi mətbuat orqanlarında bu futbolçuların da “Neftçi”dən ayrılacağı söylənilir. Konkret olaraq Ali Cansunun adı bu mənada daha çox hallanır.
- O xəbəri kim yazıb gedin, ondan da soruşun. Məndə belə məlumat yoxdur. Onsuz da mətbuat nə istəyir, onu da yazır.
- Hər halda klubun rəhbər şəxsi kimi “Neftçi” ilə bağlı istənilən məsələyə münasibətinizi öyrənməliyik.
- Mən də dedim ki, bununla bağlı heç bir məlumatım yoxdur.
- “Neftçi”yə yeni mövsüm üçün neçə futbolçu cəlb etməyi planlaşdırırsınız?
- Bu sualı baş məşqçimizə versəniz, daha yaxşı olar. Çünki kluba futbolçular baş məşqçinin istəyi ilə dəvət olunur. O, siyahını tutub, gətirib bizə təqdim edəcək. Mən vitse-prezidentəm, kluba oyunçu seçmirəm ki. Əgər seçsəydim daha baş məşqçini neynirdim, elə özüm gedib onun işini görərdim da.
- Niyə ki, qış hazırlıq dövründə “Neftçi”yə gələn legionerlərin çoxu elə konkret sizin vasitənizlə gəlmişdi.
- O başqa. Həmin vaxtı almaniyalı baş məşqçi kimi istəmişdi biz də danışıq aparıb kluba dəvət etmişdik.
- Mətbuat cari mövsümdəki çıxışına görə “Neftçi”ni və xüsusən də onun rəhbərliyini çox tənqid etdi...
- Bayaq dediyim kimi, mətbuat onsuz istədiyini yazır da. Elə görürsən kimin ağzına nə gəldi yazır.
- Gəlin bunu hamıya aid eləməyək də. İkinci bir tərəfdən sizcə, bu tənqidlərin hamısı haqsızdır? Yəni onların içərisində haqlı tənqid olmayıb?
- Ümumi danışmayaq. Konkret nəyi nəzərdə tutursunuz?
- Elə “Neftçi”nin bu mövsümdəki çıxışından tutmuş, Gedenin baş məşqçi postuna gətirilməsinə kimi hər şeyi. Məsələn, klubun hələ də bazası və şəxsi stadionu yoxdur.
- Bakının hansı klubunun şəxsi stadionu var?
- Heç birinin. Məgər bu, haqlı tənqid deyil? Deyəsən, sizi tənqid edənləri xoşlamırsınız?
- İşləyən adam tənqid olunmalıdır.
- “Bakı”nın çempionluğunu necə qəbul elədiniz?
- Çox gözəl və onları bu münasibətlə təbrik edirəm. “Bakı” həqiqətən də çempionluğa layiq idi.
- Bəs “Simurq”un bürünc medal qazanması sizin üçün sürpriz olmadı ki?
- Mən indi “Simurq” haqqında da danışmalıyam? “Bakı”nın soruşdunuz dedim ki, təbrik edirəm. “Simurq” haqda nə deyim? Azərbaycan Premyer Liqasından oynayan 14 klubdan biridir də.
- Yəqin ki, əbədi rəqibiniz “Xəzər-Lənkəran”ın da çıxışına münasibət bildirməyəcəksiniz?
- Mən “Neftçi”nin vitse-prezidentiyəm, “Xəzər-Lənkəran”ın yox. “Xəzər-Lənkəran”In öz rəhbərliyi var və qoy öz çıxışları haqqında elə özləri fikirləşsinlər. Bizim öz problemimiz başımızdan aşır, başqalarının problemi haqqında fikirləşməyə halımız yoxdur.
- Biz sizdən tək “Neftçi”nin vitse-prezidenti kimi yox, ümumiyyətlə futbol adamı kimi münasibət soruşduq.
- Hər halda kim istəyər ki, uğursuz çıxış etsin? “Xəzər-Lənkəran” rəhbərliyi də istəməzdi ki, komandaları mövsümü titulsuz başa vursun.
- Növbəti mövsüm üçün “Neftçi”nin qarşısına hansı məqsəd qoyulacaq? Ancaq çempionluq, yoxsa avrokuboklara vəsiqə də sizi qane edəcək?
- Yalnız və yalnız çempionluq.
- Deyilənə görə, Kamal Quliyev “Neftçi” ilə danışıqlar aparır. Doğru informasiyadır?
- Bu xəbəri kim yayıb, qoy o da suala cavab versin.
- Həmin mənbə deyir ki, siz artıq razılığa gəlmisiniz.
- Yox, doğru deyil. Belə bir şey yoxdur.
- Sonda ölkə kubokunun finalında fəxri mükafatı kimin qazanmasını istərdiniz?
- Kim layiqdirsə qoy o da qalib gəlsin.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”