Alim Qurbanov: “Xəzər-Lənkəran” o cür şəraitin müqabilində 5-ci pillədə olmamalı idi”

Alim Qurbanov:  “Xəzər-Lənkəran” o cür şəraitin müqabilində 5-ci pillədə olmamalı idi”
MÜSAHİBƏ 15 May 2009 / 18:05 5347
-  A +

Alim neynirsən, nə işlə məşğulsan?
- Heç, özüm üçün məşq edirəm ki, formamı itirməyim.
Fərdi məşq edirsən yoxsa necə?
- Yox, “Olimpik”lə birlikdə. Sağ olsun Əsgər müəllim (“Olimpik”in baş məşqçisi Əsgər Abdullayev) şərait yaradıb ki, bu komandanın məşqlərində iştirak edək.
Artıq çempionat sona çatmaqdadır. Hələlik ciddi təkliflər almamısan?
- Xeyr, hələ ki, elə bir təklif yoxdur.
Bəlkə elə, qalıb “Olimpik”də karyeranı davam etdirəsən?
- Axı mənim hələ “Xəzər-Lənkəran”la  qüvvədə olan 1 illik müqaviləm var. Buna görə də hansısa klubdan təklif olsa belə, ilk növbədə gərək Lənkəran klubu ilə oturub söhbət edəm. Onlar şərait yaratmasa necə başqa komandada oynaya bilərəm?
Dəfələrlə demisən ki, İqor Ponomaryov postundan getsə, “Xəzər-Lənkəran”a qayıdacaqsan. Hazırkı vəziyyətdə bu real görsənir. Artıq azarkeşlər də onun istefası tələbini irəli sürürlər.
- O sözü demişəm, bəli. Bu gün də deyirəm ki, nə qədər ki Ponomaryov oradadır Lənkərana qayıtmayacam. Bir özünüz fikirləşin də, o məşqçi məni komandadan kənarlaşdırıbsa yenidən necə geri çağıra bilər? O, ki qaldı azarkeşlərin istefa tələbinə, baş məşqçini komandaya klub rəhbərliyi təyin edir və onu yalnız rəhbərlik özü də istefaya göndərə bilər.
Maraqlıdır, bəlkə heç yeni gələn məşqçi də səni komandada görmək istəmədi?
- Görmək istəmədi başqa klub axtararaıq özümüzə.
Rəhbərliklə görüşünüz olmayıb? Çünki müqavilən olduğundan heç hara təmənnasız gedə bilməyəcəksən.
- Düzü, hələ belə görüşümüz olmayıb. Amma inanıram ki, problem yaratmazlar.
Hazırkı vəziyyətdə “Xəzər-Lənkəran”ın avrokuboklara vəsiqə qazanması çox müşkül məsələdir. Yəqin ki, komandanın oyunlarını izləyirsən. Ümumiyyətlə sənin və digər yerli futbolçuların gedişindən sonra lənkəranlıların göstərdiyi oyun və nəticə haqqında nə deyə bilərsən?
- Mən də o fikirlə razıtyam ki, avrokuboklara vəsiqə qəliz məsələdir. “Xəzər-Lənkəran”ın şansı maksimum 20% ola bilər. Canlı stadiondan olmasa da, televiziya vasitəsi ilə oyunlarını izləyirəm. Komandanın çıxışına və Ponomaryovun fəaliyyətinə nə münasibət bildirə bilərəm? “Xəzər-Lənkəran” hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb onun tutduğu mövqe hər şeyi ortaya qoyur. Halbuki, bu yer onun adına layiq deyil. Klub rəhbərliyi komanda üçün o cür şərait yaradıb. O cür şəraitin qabağında “Xəzər-Lənkəran” 5-ci pillədə olmamalıdır. Həmin şəraitin qarşılığında 5-ci pillədə qərarlaşmaq… Hələ mən kubokun da əldən çıxmasını demirəm.
Deyilənə görə Ponomaryov heyətə qış dövründə transfer olunan  futbolçuların onun yox, rəhbərliyin istəyi ilə alındığını, və bu səbəbdən də ürəyi istəməyən oyunçuları məcbur oynatmalı olduğunu dair fikirlər səsləndirib.
- Mən buna inanmıram. “Xəzər-Lənkəran” rəhbərliyi heç vaxt oyunçu gətirib baş məşqçini məcbur eləməz ki, bunu mən almışam məcbur oynatmalısan. Day onda baş məşqçini neynirlər, elə rəhbərlik özü bu funksiyanı da yerinə yetirər də. Uzun müddət o komandanın şərəfini qorumuşam və belə halın şahidi olmamışam. “Xəzər-Lənkəran”da oyunçu seçimi həmişə baş məşqçinin ixtiyarına buraxılıb.
Qışdan bu yana Ponomaryovla üz-üzə gəlmisən?
- Yox, belə bir hal baş verməyib.
Emin Quliyev neyləyir?
- O da mənimlə birgə “Olimpik”də məşq edir.
Deyəsən sözü bir yerə qoymusunuz ki, getsəniz eyni komandaya gedəcəksiniz?
- Xeyr. Sadəcə birlikdə məşz edirik ki, formamızı itirməyək. Kimin hara gedəcəyi taleyin işidir. Qismət necədir elədə olacaq.
Çempionat artıq sona yaxınlaşır. Sən necə düşünürsən, “Bakı”nı çempion elan etmək olar?
- Məncə hə. Onlar bu 95 faiz bu vəzifənin öhdəsindən gəliblər.
Belə başa düşdüm ki, sən də “Muğan”nın son turda sürpriz edəcəyinə inanmırsan?
- Yox, bu mümkün deyil.
“Bakı”nı çempionluğa layiq sayiırsan?
- Əgər bu komanda turnir cədvəlində birinci pillədə qərarlaşıbsa, demək layiqdir Özü də unutmayaq ki, indi Azərbaycan çempionatı əvvəlki kimi 1-2 komanda arasında deyil, 5-6 komanda arasaında gedir. Buradan isə yalnız ən güclü olan qalib ayrılır.

 

 

Daha çox


Son xəbərlər