- Ötən tur komandan qələbə qazanaraq, liderliyə yüksəldi. Amma zirvədə yalnız bir tur duruş gətirə bildiniz. Son turdakı böyükhesablı məğlubiyyəti nə ilə izah edə bilərsən?
- Birincisi onu deyim ki, komandamızın 3 aparıcı müdafiəçisi meydana çıxmamışdı. Məğlubiyyətimizdə bu amilin böyük rolu oldu. Onların yoxluğu özünü açıq-aşkar biruzə verdi.
- Məğlubiyyəti təkcə bununla bağlayırsan?
- Təbii ki, yox. Başqa səbələr də oldu. Ümumiyyətlə, həmin gün bizim oyunumuz heç cür alınmadı. Rəqibdə isə əksinə, hər şey alındı. Futbolda belə şeylər olur. Nə etmək istədiksə, heç nə alınmadı.
- İndi komandada vəziyyət necədi?
- Son məğlubiyyətdən sonra ab-hava bir qədər korlanmışdı. Amma indi vəziyyət normallaşıb. Qarşıdakı oyuna hazırlaşırıq.
- Öz oyunun barədə nə deyə bilərsən? Hələ də qol hesabını aça bilməmisən.
- Qol vurmamağım məni də narahat edir. Amma bunun konkret səbəbini deyə bilmərəm. Çünki heç özüm də bilmirəm. Məşqlərdə bütün gücümlə çalışıram. Amma oyuna çıxanda nəsə alınmır.
- Bəlkə bu mühitlə bağlıdır?
- Əlbəttə, bunun da rolu var. Çinə heç cür öyrəşə bilmirəm.
- Belə başa düşdüm ki, orada çox qalmayacaqsan.
- Bu barədə indi dəqiqi bir söz deyə bilmərəm. Amma çox güman ki, elə belə də olacaq.
- Azərbaycanda isə söz-söhbət gəzir ki, “Qarabağ”a keçəcəksən...
- Bu haqda mən də eşitmişəm. Oradakı dostlarım zəng vuraraq, qəzetlərdə bu haqda yazıldığı barədə mənə məlumat verdilər. Amma tam səmimi deyirəm ki, bu yalandır. Bu haqda heç bir söhbət olmayıb. Mən başa düşə bilmirəm ki, bu cür məlumatlar hardan qaynaqlanır?
- “Qarabağ”dan kimsə səninlə əlaqə saxlayıb?
- Yox, heç onlar da mənimlə danışıq aparmayıblar. Bir daha deyirəm ki, bu məlumat tam yalandır.
- Ümumiyyətlə, Azərbaycana qayıtmağı düşünürsən?
- Hələ ki, yox. İstəyirəm karyeramı xaricdə davam etdirim. Buranı da yəqin ki, tərk edəcəyəm. Amma Azərbaycana qayıtmağına, nəvaxtsa qayıdacağam. İndi konkret zaman deyə bilmərəm. Bu bir ildən sonra ola bilər, beş ildən sonra da. Bunu dəqiq bilmirəm. Hər şeyi zaman göstərəcək.
- Digər ölkələrdən təkliflər var?
- 1-2 təklif var.
- Hansı klublardan?
- Bunu dəqiq bilmərəm. Çünki bu məsələ ilə menecerim məşğul olur. Bu yaxınlarda onunla görüşüm olacaq. O zaman daha ətraflı oturub, söhbət edəcəyik. Gələcək karyerama da çox güman ki, onda aydınlıq gələcək.
- Bakıya nə vaxt gələcəksən?
- 20 gündən sonra.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”