“Simurq”un prezidenti Zaur Məmmədovun Qol.Az-a müsahibə verib.
- Əvvəlcə dünən keçirilən “Qəbələ” ilə matç haqda fikirlərinizi öyrənmək istərdik. Məhz “Qəbələ” üzərində qazanılan qələbədən sonra “Simurq”un tarixində ilk dəfə olaraq bürünc medalları qazanması və ölkəmizi Avrokuboklarda təmsil etməsi rəsmiləşdi.
- Bu matç bizim üçün böyük önəm daşıyırdı. Çünki “Qəbələ”ylə oyunda uduzmağa ixtiyarımız yox idi. Bu oyunda qalib gələrək, sonuncu turda Lənkərana rahat yollanmaq istəyirdik. Istənilən halda yenə də “Xəzər-Lənkəran” qarşısında “döyüşəcəyik”. Bununla belə işimizi çətinləşdirmək istəmirdik. Düzdür, “Qəbələ” ilə görüşdə bizi heç-heçə də qane edirdi. Amma biz bu mövsüm Zaqatalada, doğma azarkeşlərimiz önündə son matçımızı keçirdiyimizdən meydandan yalnız qələbəylə ayrılmaq istəyirdik. Şükürlər olsun ki, istəyimizə çatdıq. Vurulan bir qol hesabına həm bürünc mükafatı təmin etdik, həm də ölkəmizi qitəmiqyaslı yarışlarda təmsil etmək hüququ qazandıq.
- Ümumiyyətlə, mövsümün əvvəlində komandanızın bu cür uğurlu çıxış edəcəyini gözləyirdinizmi?
- Əlbəttə. Mən hələ mövsüm başlamamışdan qabaq demişdim ki, məqsədimiz “ilk üçlüy”ə düşməkdir. Çox sevinirəm ki, sözümüzün ağası ola bildik. Futbol ictimaiyyəti qarşısında verdiyimiz sözə sahib çıxdıq.
- Necə düşünürsünüz, “Simurq”un bundan artığına gücü çatardı, yoxsa komandanın gücü elə ən yaxşı halda üçüncü yeri tutmağa imkan verirdi?
- Mən hesab edirəm ki, biz birinci yeri də tuta bilərdik. Komandamız mövsümboyu stabil oyun sərgilədi. Bütün rəqiblərə qarşı başabaş mübarizə apardıq. Kimsə deyə bilməz ki, oyun komponentləri baxımından “Simurq” hansısa komandadan geri qaldı. Komandamızın düşərgəsində çox gözəl ab-hava var. Hamı bir nəfər kimi qarşıya qoyulmuş məqsədə köklənmişdi. Çox şadam ki, komanda vəzifəsinin öhdəsindən gəldi.
- Artıq avrokuboklarda çıxış edəcəyiniz dəqiqləşib. Yəqin ki, qitə miqyaslı yarışda yaxşı çıxış etmək üçün heyəti gücləndirəcəksiniz. Etiraf edin ki, “Simurq”un hazırkı heyəti ilə Avropada uğur qazanmaq çox çətindir. Xüsusən də komandanızın ehtiyat oyunçular skamyası elə də geniş deyil.
- Əlbəttə, mən bunları çox gözəl başa düşürəm. Bilirəm ki, indiki heyətlə Avropada uğurlu çıxış etmək çətindir. Çünki Azərbaycan premyer-liqasının öz yeri var, Avrokubokların öz yeri. Buna görə də şübhəsiz ki, heyətimizi gücləndirəcəyik.
- Konkret olaraq maraqlandığınız futbolçular var?
- Təbii ki var. Bayaq elə baş məşqçimiz Roman Pokora ilə danışırdım. Ayın 15-də görüşümüz olacaq. Məhz o zaman transfer etmək istədiymiz futbolçuların kimliyinə aydınlıq gələcək. Hazırda siyahı elə stolumun üstündədir. Təxminən 10-12 futbolçunun adı var. Pokora ilə birgə müzakirə aparcağıq. Məhz bundan sonra artıq işə keçəcəyik.
- Deyə bilərsinizmi həmin siyahıda hansı futbolçuların adları var?
- Sözün açığı bunu hələ demək istəmirəm. Çünki etik normaları gözləmək lazımdır. Mən hansısa futbolçunun adını çəkə bilərəm indi. Amma ola bilər ki, baş məşqçimiz həmin futbolçunu yox, bir başqasını istəsin. Ona görə də futbolçuda ruh düşkünlüyü yarana bilər. Buna görə də hələlik konkret olaraq, ad çəkmək istəməzdim.
- Transfer etmək istədiyiniz futbolçuların hamısı hazırda Azərbaycan premyer-liqasında çıxış edir, yoxsa digər ölkələrdən də olanlar var?
- Azərbaycan premyer-liqasında çıxış edənlər də var, xaricdə oynayanlar da. Legionerləri bizə menecerlər təklif edir. Həm dvd-lərinə baxırıq, həm cv-lərini nəzərdən keçirik. İstəyirik ki, futbolçuları daha yaxından tanıyaq. Həm də biz elə futbolçular transfer etmək istəyirik ki, onları baxışa yox, birbaşa müqavilə imzalamağa dəvət edək. Ona görə də necə deyərlər, yüz ölçüb, bir biçirik.
- Yəqin ki, komandadan gedənlər də olacaq.
- Şübhəsiz, gedənlər də olacaq. Amma indi konkret olaraq kimlərin komandadan ayrılacağını açıqlaya bilmərəm. Bir daha deyirəm ki, bütün suallara Pokora ilə görüşümüzdən sonra aydınlıq gələcək.
- Aleksandr Çertoqanovun məsələsi nə yerdə qalıb. Çünki mövsümün sonunda onun icarə müddəti başa çatır. Onun xidmətindən yenə də istifadə etmək?
- Həqiqətən də Çertoqanov müqavilə ilə “Neftçi”yə məxsusdur. O bizdə icarə əsasında çıxış edir ki, həmin sözləşmənin də müddəti “Xəzər-Lənkəran”la matçdan sonra başa çatır. Pokora ilə görüşümüz zamanı Çertoqanovun da məsələsini müzakirə edəcəyik. Əgər baş məşqçimiz onu yenidən sərəncamında görmək istəsə, o zaman “Neftçi” rəhbərliyi ilə danışıqlar aparacağıq.
- Yəqin ki, komanda bürünc medal qazandığından baş məşqçi Roman Pokoranın da işinin davam etdirəcəyi şübhəsizdir.
- Tam doğrudur. Ukraynalı mütəxəssisin işi bizi tam qane edir. Onunla əməkdaşlığımızı davam etdirəcəyik. Mən “Qəbələ” ilə matçdan sonra paltardəyişmə otağına gələrək, futbolçulara élan etdim ki, növbəti mövsümdə də komandanı məhz Pokora çalışdıracaq.
- İlk dəfə çıxış edəcəyiniz Avrokuboklarda komandanın qarşısına hansı məqsəd qoyulacaq?
- Gəlin tələsməyək. Avrokuboklara hələ müəyyən qədər vaxt var. İlk növbədə çempionatı bitirək. Sonra Pokora ilə görüşümüzdə, bütün bu məsələlər də müzakirə olunacaq. Komandanın hazırlıq prosesi və s. müəyyənləşəcək. Bircə onu deyə bilərəm ki, Avrokuboklar bizim üçün sirli qapıdır.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”