Qol.Az-ın təqdim etdiyi “Futbol qadınların gözündə” rubrikasının bu dəfəki qonağı AZTV-nin “Xəbərlər” proqramının aparıcısı Leyla Əsgərovadır.
- Öncə, ənənəvi olaraq, tanışlıqdan başlayaq...
- Leyla Əsgərova, AZTV-nin “Xəbərlər” xidmətində aparıcı kimi çalışıram. Hardasa 12 ildi televiziya sahəsindəyəm, daha öncə 6 il "Lider" TV-də və çox qısa müddətdə STV-də (Samanyolu) fəaliyyət göstərmişəm.
- Keçək mövzumuza. Futbol nə dərəcədə maraq dairənizə daxildi?
- Futbolla ancaq dünya və Avropa çempionatları zamanı maraqlanıram. Çox az komanda tanıyıram. Əslində evdə atam daha çox baxırdı, amma son Avropa çempionatından sonra anam daha çox maraqlanmağa başlayıb (gülür). Yarımfinal, final oyunlarına isə mən də baxdım.
- Uşaqlıqdan idmanın hansısa növü ilə məşğul olmusunuz?
- Bir çox növü ilə məşğul olmuşam, hamısı da yarımçıq. Gimnastikaya getmişəm, üzgüçülüyə getmişəm,voleybolla məşğul olmuşam, qaçıram, velosiped sürürəm. Sadəcə, son zamanlar vaxt ayıra bilmirəm.
- Nə vaxtsa stadiona yolunuz düşüb?
- Bir dəfə düşüb, amma futbola yox, Elton Conun konsertinə baxmağa getmişəm.
- Heç dəvət edən də olmayıb?
- Düzü, yox. Bir dəfə səhv etmirəmsə, 2002-ci ildə İtaliya bura gəlmişdi, Azərbaycanla oyuna. Həmin oyuna çox getmək istəyirdim. Açığı, daha çox italyanlara görə. Çünki o komandanı bəyənirəm. Amma ətrafımda olan əks cinsin nümayəndələri qoymadı ki, futbola qadınlar, qızlar getsin.
- Çevrənizdəki xanımlar arasında futbolla maraqlanan var?
- Hətta manyakcasına maraqlananlar var. Yeri gələndə kişilərdən də çox məlumatlıdılar.
- Onların arasında jurnalist olanı var?
- Bəli. Günay Yelmarqızını deyə bilərəm.
- Azərbaycan futbolu ilə nə dərəcədə maraqlanırsınız?
- O qədər də maraqlanmıram. Məncə, heç futbolçular özləri də maraqlanmırlar (gülür). Amma həddindən çox istərdim ki, futbolumuz çox inkişaf etsin. Avropanı demirəm, heç olmasa, Türkiyə səviyyəsinə çataq. Ancaq deyərdim ki, gənclər arasında istedadlı uşaqlar var. Məsələn, mənim yaxın rəfiqəmin qardaşı var Toğrul Billalov, səhv etmirəmsə, “Qarabağ”da oynayır. Düşünürəm ki, onun böyük gələcəyi var. Ümumiyyətlə, daha çox millimizin beynəlxalq oyunlarına baxıram.
- Son dəfə millimizin hansı oyununa baxmısınız?
- Düzü, xatırlamıram.
- Avropadan hansı futbolçuları tanıyırsınız?
- Balotellini tanıyıram. Çünki son çempionatda ulduzu parladı. Ondan başqa, Ronaldo, Ronaldinyo, Bekhemi tanıyıram. Maradonanı bütün dünya tanıyır. Ümumiyyətlə, futbolda ən çox bəyəndiyim şey oyunsonrası penaltilərdi. Çünki orada son dərəcə texnikalı oyun və soyuqqanlılıq tələb olunur. 120 dəqiqə oyundan ala bilmədiyim adrenalini oyunsonrası penaltilərdən alıram.
- Klublardan hansını tanıyırsınız?
- “Barselona”, “Real” (Madrid) və bu kimi dünya klublarını. Amma daha çox türk klublarını tanıyıram.
- “Fənərli”siniz, yoxsa “Qalatasaray"lı?
- “Beşiktaş"lı. Qardaşım bu klubun azarkeşi olduğundan mən də elə bu klubu daha çox bəyənmişəm.
- Görünüşünə görə ən yaraşıqlı hesab etdiyiniz futbolçu kimdir?
- Futbolçularda belə şeyə o qədər də önəm vermirəm. Məsələn, Arda Turandan xoşum gəlir. Amma boyu balacadı, elə də yaraşıqlı deyil.
- Müsahibələrimizin hamısına bu sualı veririk ki, futbolçu ilə ailə qurarsınız ya, yox? Sizin cavabınız necədir?
- Ümumiyyətlə, heç vaxt futbolçularla münasibətim olmadığı üçün bu suala cavab verməkdə çətinlik çəkirəm. Nə bilim, bəlkə də maraqlı olardı. Onlar da çox peşəkar insanlardı.
- Amma futbolçular evdə az-az tapılırlar...
- Ona qalsa, bu cür peşələr çoxdur. Elə götürək biz jurnalistləri. Bəzən elə olur ki, gecəyarı evə gəlib çıxırıq.
- Bizim klublardan tanıdığınız var?
- “Bakı”, “Qarabağ”, “Qəbələ”. Məsələn, bilirəm ki, “Qəbələ”nin yaxşı infrastrukturu var, yeni stadion tikir. Onların oyununa baxmaq maraqlı olardı. “Neftçi”, “Xəzər Lənkəran” da məşhur klublarımızdı.
- Bəs, futbolçularımızdan?
- Rəşad Sadıqovu xüsusi qeyd edərdim. Onun oyunlarını daha əvvəlldən izlədiyimdən deyə bilərəm ki, çox peşəkar futbolçudu. Bir də Adamiya var, onu tanıyıram.
- Sizcə, niyə bizdə xanımlar futbola getməyə o qədər də cəhd etmirlər?
- Hər şey futbolun inkişafından aslıdır. Bizim futbolun səviyyəsi ən azı Türkiyə səviyyəsinə qalxsa, xanımlarımız da stadionlara gedər.
- Nə vaxtsa, futbolla bağlı tədbirin aparıcısı olmusunuz?
- Yox, olmamışam, amma təklif olsa, çox ciddi hazırlaşaram.
- Azərbaycan futboluna arzularınız?
- Azərbaycan futboluna arzum odur ki, millimiz azarkeşlərə böyük sevinclər bəxş etsin. Düzdür, bizim millimiz, klublarımız daha çox məğlubiyyətlə yadda qalır, amma istəməzdim ki, azarkeşlərimiz də radikal olsunlar. Bu da bizim millidir. 10 dəfə uduzanda 1 dəfə də udarlar (gülür). Hər halda onlar da uduzmaq istəmir. Futbolçularımıza da son dərəcə məsuliyyətli olmağı arzulayıram. İstədrim futbolumuz elə səviyyədə olsun ki, xanımlarımız ev işlərini atıb stadiona getsinlər.
Anar XANLAROV
Yuxarı
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi