Bu gündən etibarən Qol.Az saytı yeni rubrika ilə sizlərin görüşünə gələcək. “Futbol xanımların gözündə” adlı rubrikamızın qonaqları ölkəmizin mütxəlif sahələrini təmsil edən tanınmış xanımlar olacaq. Siz onların futbola bağlı maraqlı müsahibələrini oxuya biləcəksiniz. Bu rubrika ilə həmçinin Azərbaycanda futbolun xanımlar arasında da populyarlaşmasına xidmət edəcək. Rubrikamızın ilk qonağı Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan üzrə rəhbəri Afaq Tahirqızıdır.
- Öncə başlayaq tanışlıqdan...
- Afaq Tahirqızı. İxtisasca psixoloqam. Ancaq hazırda ictimai fəaliyyətlə məşğulam, Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan üzrə rəhbəri vəzifəsində çalışıram. Bundan başqa, “İpək yolu” jurnalında dərc olunan bir çox yazının müəllifiyəm. Əsas işim Azərbaycandakı siyasətçiləri, ictimai xadimləri, mədəniyyət və incəsənət adamlarını, idmançıları, bir sözlə, Azərbaycan üçün önəmli olan insanları, hətta iş adamlarının fəaliyyətini qiymətləndirmək, bunu Türkiyəyə ötürməkdi. Belə demək mümkünsə, Azərbaycanla Türkiyə arasında körpü qururuq.
- Keçək əsas mövzumuza. Futbolla aranız necədir?
- Əvvəllər futbola qəti marağım yox idi və baxanları da başa düşmürdüm. Ancaq son illər böyük həvəsim yaranıb, baxıram və zövq alıram.
- Bu marağın yaranma tarixçəsi necədir və ya kimdir?
- Ronaldo. O, bir vaxtlar çox məşhur idi, həm də onun şəxsiyyətinə vurğun idim.
- Yəqin ki, bir vaxtlar Braziliya millisinin şərəfini qoruyan məşhur Ronaldonu nəzərdə tutursunuz?
- Bəli. Sonra isə ikinci Ronaldo meydana çıxdı və ona pərəstiş etməyə başladım (Kriştiano Ronaldo nəzərdə tutulur - A.X.)
- Nə vaxtdan mütəmadi olaraq, futbola baxmağa başladınız?
- İlk dəfə DÇ-2002-də Braziliya ilə Türkiyənin oyununa baxdım. Baxmayaraq ki, sevimli futbolçum olan Ronaldo Braziliyanın şərəfini qoruyurdu, amma mən həmin gün türklərə dəstək verirdim.
- Bəs, ümumiyyətlə, hansı komandaya azarkeşlik edirsiniz?
- Kriştiano Ronaldonun oynadığı komandalara
- Bəs, Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Deyim, amma istəmirəm kiminsə xətrinə dəyim. Ümumiyyətlə, bizdə fərdilik var. Güləşdə, boksda, ağır atlerikata nəticələrimiz olur. Ancaq komanda idman növlərində böyük nəticələrimiz yoxdur və mən də bunu bizim psixologiyamızla əlaqələndirərdim. Buna görə də bizim komandaların oyunlarına baxmıram. Çünki bizim futbolçular oynayanda mən əsəb keçirirəm. Mən futbola baxıb zövq almaq istəyirəm, niyə əsəb keçirdim? Maymaq kimi oynayırlar.
- O zaman yəqin ki, milli komandamızın baş məşqçisinin kim olduğunu soruşsam bilməyəcəksiniz...
- Yox. Çünki maraqlanmamışam, bu, mənim maraq dairəmdə olmayıb.
- Bəs, sizin üçün onun ildə nə qədər qazandığı da maraqlı deyil?
- Ümumiyyətlə, heç kimin qazancı ilə maraqlanmıram.
- Ancaq bu insan, eləcə də futbolçular Azərbaycanı təmsil edirlər axı. Bu cür məsuliyyəti daşıyan futbolçu aldığı böyük məbləğdə pulların qarşılığında sizlərə əsəb bəxş edirsə... Yeri gəlmişkən, Azərbaycan millisinə alman Berti Foqts rəhbərlik edir və ilinə 2 milyon avro qazanır...
- Bilirsiniz necədir, məşqçidən çox şey aslıdır. Düzdür, futbolçuların da üzərinə böyük məsuliyyət düşür, amma ən böyük məsuliyyəti məşqçi daşıyır. Məsələn, baxın, Türkiyə oynayanda onların baş məşqçisi az qala özünü “şəhid” edir. Çünki türkdü. Amma Azərbaycan millisinin baş məşqçisi bizə can yandırmır. Çünki azərbaycanlı deyil. Düzdür, başqa milli komandalar da var ki, baş məşqçisi əcnəbidir, amma nəticə qazanırlar. Nə bilim, bəlkə də bizim laqeydliyimiz də burada rol oynayır. Yəni, biz özümüz öz işimizə laqeyd yanaşırıq deyə, gələn də bizə baxır işinə bu cür yanaşır. Mən legionerlərin əleyhinə deyiləm. Ola bilər ki, məndə bu potensial yoxdur, amma pulum var və həmin pulla xaricdən bu işi daha yaxşı bacaran futbolçunu, məşqçini bura dəvət edə bilərəm. Ancaq problem odur ki, həmin legioner də gəlib bizim ab-havaya düşüb elə bizim kimi olur.
- Ancaq sizə elə gəlmir ki, istəsək, bu sahədə də uğur qazana bilərik? Məsələn, son 3 ildə “Qarabağ” klubu çox uğurlu çıxış etdi, Avropa Liqasında pley-off-a kimi irəlilədi, hətta ölkə başçısı bu komandanın baş məşqçisinə şəxsən zəng edib onu təbrik də etmişdi.
- Bəli, mediadan izləmişdim, mənim də bundan xəbərim var. Bilirsiniz, əsas istəkdi. İnsan bir şeyi istəyəndə onu əldə edə bilir. Nə deyim, ümid edək ki, Allah bizim də futbolçuların ürəyinə insaf salacaq. Bu gün idmanın inkişafı üçün dövlət səviyyəsində hər cür şərait yaradılıb. Gedirlər, yer tutub gəlirlər, dövlət onları hər cür diqqətlə, qayğı ilə əhatə edir, onlara ev verilir, maşın verilir. Bundan sonra artıq həmin idmançılarda harınlaşma gedir. Bax, bizim millətdə bu var. Yəni, evim var, maşınım var, bununla da hər şey burda bitdi. Halbuki bu cür olmamalıdır. Sənə bu cür şərait yaradılıb ki, Azərbaycanın adını daha da yüksəklərə qaldırasan. Məsələn, içkiyə qurşanırlar, gecə həyatına başlayırlar, eyş-işrət, gəzmək filan. Bax bu, bizim mənfi tərəfimizdi.
- Az öncə ən çox bəyəndiyiniz futbolçunun Ronaldo olduğunu dediniz. Onu daha çox bir futbolçu kimi bəyənirsiniz, yoxsa yaraşıqlı kişi kimi?
- Açığını deyim, mən çox surətpərəstəm. Bir insanın surəti mənim üçün çox önəmlidir. Deyirlər, daxili gözəllik filan, əgər sizin xarici görünüşünüz mənim xoşuma gəlməsə, mən nə bilim sizin daxiliniz necədir? Baxmayaraq ki, bunu mənim mənfi xüsusiyyətim kimi göstərirlər, amma mən beləyəm. Bir insanın ki, xarici görünüşü mənim xoşuma gəlmədi, onun daxili də mənim üçün maraqlı deyil. Bu mənada Ronaldonun da ilk növbədə xarici görünüşü məni cəlb edir. Həm də onun daxili aləmi mənim üçün maraqlı deyil. Çünki özəl həyatda tanışım deyil, dostum deyil, qardaşım deyil.
- Nə vaxtsa stadionda olmusunuz?
- (gülür) Stadionda olmuşam, amma futbol izləməmişəm. Yalnız Elton Conun konsertinə getmişəm.
- Bəs, nə vaxtsa izləmək istərdiniz?
- Azərbaycanda yox. Çünki bizim psixologiyamız hələ mükəmməl formalaşmayıb ki, hansısa bir qadın stadiona gedib sərbəst matç izləyə bilsin. Yalnız kollektiv şəkildə gedə bilərəm. Biləcəm ki, məni əhatə edən insanlar doğma, tanış insanlardı. Ancaq tək şəkildə dediyim kimi, mümkün deyil. Gedəcəksən, söyüşlər, ədəbsiz sözlər eşidəcəksən ki, bu da mənim xarakterimə ziddi.
- Ancaq sizin də çox sevdiyiniz Türkiyədə də eyni şeylər var, amma orada xanımlar futbola gedir.
- Bəzən bizi Türkiyə ilə, Avropa ilə müqayisə edəndə buna çox əsəbiləşirəm. Avropa görün neçə illərdi mövcuddu. 18 yaşlı uşaqla 48 yaşında kişi eyni ola bilər? Amma mən həmişə deyirəm ki, biz Türkiyədən daha üstünük, bizim insanlar onlardan daha zəngin mədəniyyətə malikdir. Əsrlər boyu bizim tariximiz, mədəniyyətimiz daha üstün olub. Sadəcə, müharibələr, parçalanmalar bizə mənfi təsir etdi. Ancaq artıq Azərbaycanın hər sahəsində, o cümlədən idmanda sürətli inkişaf gedir və inanıram ki, futbolumuzda da hər şey yaxşı olacaq.
- Sizin kimi ictimai sahədə fəal xanımların futbolçu ilə ailə qurmasına necə baxırsınız?
- Şəxsən mən heç vaxt futbolçu ilə ailə qurmaram. Baxmayaraq ki, ailəliyəm, ancaq həyata ikinci dəfə gəlsəydim belə, yenə futbolçu ilə ailə qurmazdım. Ümumiyyətlə, idmançı ilə ailə qurmaram. Yalnız ağır atlet olsa, fikirləşərəm.
- Maraqlıdır, niyə məhz ağır atlet?
- Bilmirəm. Bəlkə də güc simvolu olquqları üçün. Çünki mən güclü insanları sevirəm. Zəif insanları sevmirəm. Götürək Nizami Gəncəvinin poemalarını. Ən böyük zövqlə oxuduğum "Xosrov və Şirin"di. Orada da Fərhadı sevirəm. "Leyli və Məcnun"u isə ürəyim çəkilə-çəkilə oxumuşam və Məcnuna qarşı məndə heç bir sevgi yoxdur. Hətta onun Leyliyə olan sevgisi də onu mənim gözümdə ucaltmır.
- Düşünmürsünüz ki, bu açıqlamanızdan sonra futbolçularda sizə qarşı aqresiya, hətta belə deyək, nifrət hissi yarana bilər...
- (ürəkdən gülür) Hər insanın öz fikri ola bilər də.
- Bilirik ki, 2 oğlunuz var. Bəs, onların futbolçu olmasını istərdiniz?
- Çox istərdim. Hətta bundan məmnun olardım. Kiçik oğlumun xüsusilə böyük marağı var. Düzdür, istərdim ki, ağır atletika ilə məşğul olsun, amma futbolu sevsə, seçiminə mane olmayacam. Əksinə, dəstək olacağam.
- Avropa çempionatını yəqin ki izlədiniz. Finala baxdınız?
- Bəli, özü də böyük həyəcanla.
- Axı, orada Ronaldonun komandası Portuqaliya yox idi..
- Nə olsun? Yenə deyirəm, mənim üçün belə şeylər önəm daşımır. Bayaq da dedim, İtaliya-Almaniya oyunu başlayanda baxdım ki, almanlar sarışın, filan, nəsə xoşuma gəlmədilər. Odur ki, İtaliyaya azarkeşlik elədim və onlar da qalib gəldi.
- Azərbaycan futboluna nə arzulayırsınız?
- İlk növbədə birlik. Yaxşı oyunlar və nəticələrlə Azərbaycanımızın adını yüksəltsinlər. Məsələn, mən Türkiyəyə gedəndə beynimdə yalnız bu olur ki, "mən azərbaycanlıyam". Orada hər sözümə diqqət yetirirəm. Burada sizinlə Afaqam, sərbəstəm. Ancaq kənara çıxanda artıq Afaq deyiləm, Azərbaycanam. Futbolçularımıza da bu hissi arzulayıram.
Anar XANLAROV
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi